• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Saç düzümünə görə kişi xarakteri

Saç düzümünə görə kişi xarakteri

Saç düzümünə əsasən, kişinin xasiyyətini müəyyənləşdirmək olur. Yəqin ki, tanış olduğunuz insan haqda daha çox məlumata sahib olmaq istəyirsiniz. Elə isə kişinin saç düzümünə fikir verməyi unutmayın. Çünki saç düzümü insan haqda çox söz deyir.

Qısa saçlar: Psixoloqlar deyirlər ki, saçlarını hər zaman qısa kəsən kişilər nəfsinə qalib gəlməyi bacarırlar. Xaraktercə qüdrətlidirlər. İncəsənətdən səthi zövq alırlar. Əyləncəni və rəqs etməyi isə çox sevirlər. Bəzən inadkar olurlar. İnsanlarla ünsiyyətdə olmağı çox sevmirlər.

Uzun saçlar: Uzun saç düzümünə sahib olan kişilər sənət mübtəlasıdır. Bu kimi şəxslər hər hansı sənət sahəsində özlərini sınaqdan keçirməsələr rahatlıq tapa bilmirlər. Uzun saçlı kişilər həm də nəzakətli və həssas olurlar. Sevdiyi işi ciddi qəbul edir və çox vaxt sədaqətli olurlar.

Müxtəlif kişi saç düzümləri

Saçları qabarmadığı halda saç kremindən çox istifadə edən kişilər qərarsız olurlar. Onlara güvənmək olmaz. Ətrafında səmimi dostları çox az olur.

Saçlarını parıldadıb başına yapışdıran kişi başqalarına güvənir və öz şirin canını çətinliyə salmaqdan qorxur. Üzsüzdür, təhqirlərə də gülərək cavab verir.

Saçını yandan ayıran kişi təmkinli və qüdrətlidir. Xarakteri sabitdir. Macərasız, dalğasız, fırtınasız, sakit bir həyat sürər. Həyatı yalnız özünün çəkdiyi dar çərçivələrlə məhdudlaşır. Mülayim, mehriban və dözümlü olduğu üçün tanışları onu çox sevir.

Saçını ortadan ayıran kişi sırf yenilik olsun deyə hər işə qatlaşır. Elə buna görə də başı hər zaman qalmaqaldadır. Yaxınları onu bu vərdişdən nə qədər yayındırmağa çalışsa da, bacarmırlar. Çünki belə kişilər hazırcavab olurlar və deyilənləri bir qulağından alıb o birindən ötürürlər.

Saçlarını heç ayırmadan arxaya darayan kişi enerjili olur. Zahiri görkəminə o qədər də diqqət yetirmir. Qüvvətli şəxsiyyətdir. Qətiyyən başqalarının təsiri altına düşmür. Kitab oxumağı və incəsənətlə məşğul olmağı çox sevir. Hər zaman məşğul olduğu üçün başqalarına da çox vaxt ayıra bilmir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR