Oksana Rəsulova kimlərin cavabını verdi?
Bizi izləyin

Tabloid.az

Oksana Rəsulova kimlərin cavabını verdi?

Digər iştirakçılar müsahibələrində bildiriblər ki, “biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur”.

Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” adlı müsabiqəsində iştirak edən Oksana Rəsulovaya qarşı digər iştirakçılar narazılıqlarını bildiriblər.

Tabloid.az xəbər verir ki, bu haqda Oksana “Facebook” profilində yazıb:

“Bu şouda artıq 7 həftədir ən çox sms səsi olan iştirakçı seçilirəm. Digər iştirakçılar müsahibələrində bildiriblər ki, “biz Oksananın indiyə kimi super performansını görməmişik. Hind dili də çox zəifdir. Tamaşaçılar tərəfindən bu şouda toxunulmaz edilir, buna da gözəlliyi ilə nail olur”.

O.Rəsulova həmçinin həmin iştirakçıların cavabını verib:
“Kim mənim barəmdə nə deyirsə, qoy danışmağa davam etsin. Onların söylədiklərinin heç bir əhəmiyyəti yoxdur. Mənim üçün münsiflərin dedikləri əhəmiyyətlidir. Dostlar, məni səslərinizlə sonuncu həftədə qalib edin. O həmin paxıl iştirakçılar bilsinlər ki, Azərbaycanım mənimlədir. Var olun!”.

Onu da deyək ki, Oksana Rəsulovanın qatıldığı şou Hindistanın ən məşhur kanalı olan “ZEE TV”-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm