"Max mara" moda evinin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Max mara" moda evinin yeni kolleksiyası - Fotolar

"Max Mara" moda evinin yeni kolelksiyası

Dünən "Max Mara" moda evi Milan moda həftəsində yeni kolleksiyasını nümayiş etdirib. Bəs "Max Mara" moda evi 2015 yaz-yay dəbində bizə nələr təklif edir?

Bu dəb təntənəsində biz çox sadə və şıq geyim dəstləri ilə qarşılaşdıq. Kolleksiyada qarışıq və gözü yoran heç nə yoxdur. Nümayişə nəzər salsaq, çox uğurlu iş çıxardıqlarını deyə bilərik. Rahat yubkalar, qısa şalvar və kaprilər, yay parçalarından tikilən bluzkalar, yarımşəffaf toplar, bol biçimli paltarlar hər bir modapərəst qızın zövqünə uyğun olacaq.

Kolleksiyanın əsas fərqləndirici cəhəti təsvirlər idi. Dizaynerlər bu kolleksiyada müəyyən abstrakt gül dəstələrini xatırladan xırda şəkillərdən və təsvirlərdən istifadə ediblər. Bu silsilədə brendin zamanla sınanmış uğurunun tərkib hissələri - minimalizm, zəriflik və qüsursuzluq aydın görünür.

Tabloid.az yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm