• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Döş xərçəngindən qorunmağın yolları

Döş xərçəngindən qorunmağın yolları

Dünyada ölümə səbəb olan ən təhlükəli xəstəlik xərçəngdir. Qadınların ən böyük qorxusu döş xərçəngi xəstəliyidir. Döş xərçəngindən ölənlərin sayı ağciyər xərçəngindən sonra ikinci yerdədir. Xərçəngin tam müalicəsi mümkün deyil. Ancaq onun qarşısını əvvəlcədən almaq mümkündür. Əlbəttə bunun üçün düzgün qidalanma və idmanla məşğul olmaq əsas şərtdir.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar ideal çəkiyə sahib olan qadınların köklərlə müqayisədə klimaks dövründən sonra döş xərçənginə yaxalanma riskləri daha azdır. Piylənmə qadınlarda qandakı cinsi hormonlarını və insulinin səviyyəsini artırır. Bu isə döş xərçəngi üçün münbit şərait yaradır. Deməli, döş xərçəngindən qorunmaq üçün çəkinizə nəzarət etməlisiniz. Unutmayın ki, ideal çəki boyunuza görə hesablanır. Məsələn, boyu 1.65 sm olan bir şəxsin kilosu 55 kiloqramdan az, 75 kiloqramdan çox olmamalıdır.

Həftənin ən az 4 günü idmanla məşğul olmaq vacibdir. İdman xərçəng riskini artıran estrogen hormonunun səviyyəsini balanslaşdırır. Klimaks dövründən əvvəl idmanla məşğul olmuş qadınların xərçəngə yaxalanma riski çox azdır.

Çox ət yemək sağlamlığa ziyandır. Xərçəng və digər təhlükəli xəstəliklərin qarşısını almaq istəyirsinizsə, tərəvəz və meyvəyə üstünlük verin. Bəzi mütəxəssislər qırmızı ətin xərçəngə səbəb olduğunu qəbul etməsə də, araşdırmaların nəticələri göstərir ki, həftədə 5 dəfə qırmızı ət yeyən qadınların döş xərçənginə yaxalanma riski artır.

Qırmızı ətin əvəzinə qida rasionunuza balıq və toyuq ətini daxil edin. Ancaq broyler toyuqlar da xərçəngə səbəb olur. Ona görə də kənd toyuğu almağa çalışın. Gündə 5-6 porsiya meyvə-tərəvəz yeyin.

Tərəvəz və meyvələrin tərkibindəki antioksidantlar döş xərçənginin inkişaf etməsinin qarşısını alır. Bu xəstəliyə tutulma riskini 25 % azaldır.

Mütəxəssislər bildirirlər ki, təbii və sağlam qidalanan bir insanın xərçəngə yaxalanma ehtimalı çox azdır. Ancaq müasir dünyamızda qidaların demək olar ki, çoxunun tərkibinə orqanizm üçün zərərli əlavələr daxil edilir. Hazırda tərkibində GMO (genetik modifikasiya olunmuş) olmayan, təbii yetişdirilmiş meyvə və tərəvəz tapmaq da çətindir. Ona görə də normal qidalanmaq və sağlam qalmaq elə də asan deyil.

Ancaq hazır qidalardan (cipsi, biskivitlər, müxtəlif kekslər və s.) uzaq dursanız və yağdan istifadəni azaltsanız xəstələnmə riskiniz azala bilər.

Xərçənglə mübarizə aparmaq və bu xəstəliyə yaxalanmamaq üçün menyunuzda aşağıdakı qidalara yer verin:

Yaşıl çay

Balıq

Kök

Balqabaq

Gül kələm

Tam taxıllı qidalar (küncüt toxumu, sarımsaq, zeytun yağı, ərik, şaftalı, armud, üzüm, balqabaq və albalı)

Süd və süd məhsulları

Kətan toxumu

Son olaraq onu da qeyd edək ki, tədqiqatlar uşaq əmizdirən anaların döş xərçənginə yaxalanma riskini yarı-yarıya azaldığını göstərir.

Əmizdirmə həm ananın, həm də körpənin xərçəngə tutulma riskini azaldır. Körpəni 6 ay yalnız ana südü ilə qidalandırmaq həm ananı, həm də körpəni gələcəkdə xərçəng xəstəsi olmaqdan qoruyur.

Elm adamları xüsusi olaraq vurğulayırlar ki, 30 yaşından əvvəl ana olan qadınların döş xərçənginə tutulması riski 60 faiz azalır.

Bunun səbəbi gec yaşda uşaq doğan və ya heç doğmayan qadınların döşlərinin kansogeren maddələrə qarşı daha həssas olması və tez təsir altına düşməsi göstərilir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR