Boyun dərisini cavanlaşdıran ən yaxşı 5 maska
Bizi izləyin

Tabloid.az

Boyun dərisini cavanlaşdıran ən yaxşı 5 maska

Qadının yaşını ilk öncə boynun görüntüsü büruzə verir. İllər ən çox bu bölgəyə öz təsirini göstərir. Çünki boyun dərisi çox həssasdır və qadınların çoxu üzə qulluq etsələr də boynu unudurlar.

Qadının yaşını ilk öncə boynun görüntüsü büruzə verir. İllər ən çox bu bölgəyə öz təsirini göstərir. Çünki boyun dərisi çox həssasdır və qadınların çoxu üzə qulluq etsələr də boynu unudurlar. Ancaq gözəlliyini qoruyub saxlamaq istəyən hər qadın 25 yaşdan sonra aşağıdakı maskaları vaxtaşırı istifadə etməlidir. Sizə 5 maska resepti təqdim edəcəyik. Bu maskaların hər biri boyun dərisini qocalıq əlamətlərindən qoruyub hər yaşda gözəl görünmənizə kömək edəcək. Ancaq siz özünüz üçün ən asan və dərinizə daha çox faydalı olacağını düşündüyünüz maskanı seçin. Həftədə bir dəfə bu maskaları çəksəniz müsbət nəticəni ən qısa zamanda müşahidə etməyə başlayacaqsınız.

Maska 1

Bir yumurta sarısını bir çay qaşığı bal, yarım stəkan portağal suyu ilə qarışdıraraq boynunuza çəkin. Maska dəridə quruduqdan sonra ilıq su ilə yuyub boyun bölgəsinə nəmləndirici krem çəkin.

Maska 2

Suda bişmiş kartofun qabığını soyub əzin. Bir çay qaşığı zeytun yağı və 1 çay qaşığı qliserin əlavə edib qarışdırın. Bu qarışımı tənzifin arasına yayıb boyun nahiyəsinə yapışdırın. 20 dəqiqə saxladıqdan sonra götürün.

Maska 3

Boynunuza nazik halqa şəklində dilimlənmiş xiyarları düzün. 20 dəqiqə sonra xiyarları təmizləyin və həmin bölgəyə nəmləndirici krem çəkin.

Maska 4

Dörd qaşıq xırda-xırda doğranmış cəfərinin üzərinə eyni miqdarda isti süd töküb soyumasını gözləyin. Daha sonra bu qarışımı boyun bölgəsinə çəkib 15 dəqiqə gözləyin. Bu maskanı çəkdikdən sonra boynu yumaq olmaz, ona görə də həmin bölgəni təmiz bir parça ilə silin.

Maska 5

Yarım limon suyunu bir çay qaşığı zeytun yağı ilə qarışdırın. Boynunuza çəkib 10-15 dəqiqə gözləyin. Daha sonra həmin bölgəni dairəvi hərəkətlərlə 5 dəqiqə masaj edin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm