Ecazkar göz makiyajı üçün nə lazımdır?
Bizi izləyin

Tabloid.az

Ecazkar göz makiyajı üçün nə lazımdır?

Makiyaj zamanı göz kölgələrindən istifadə trendini gözdən qaçırtmaq mümkün deyil. Bəs göz kölgəsini göz altına və üstünə yaymadan, səliqəli çəkməyə necə nail olmaq olar? Əlbəttə ki, makiyaj üçün fırçaların köməyi ilə buna nail olmaq mümkündür. Düzdür, on

Makiyaj zamanı göz kölgələrindən istifadə trendini gözdən qaçırtmaq mümkün deyil. Bəs göz kölgəsini göz altına və üstünə yaymadan, səliqəli çəkməyə necə nail olmaq olar? Əlbəttə ki, makiyaj üçün fırçaların köməyi ilə buna nail olmaq mümkündür. Düzdür, onların çoxluğundan baş açmaq çətindir, lakin onlarsız ideal makiyaj mümkün deyil. Əgər nazik, qalın, yastı, möhkəm fırçaların bir-birindən fərqini bilməyirsinizsə, bu məqaləni oxuyun.

Beləliklə, bütün kosmetik məhsulları fırçalarla çəkmək olar. Əgər istifadədən sonra onları təmizləsəniz, onlardan istifadə etmək çox rahatdır.

Fırçalar təbii və ya sintetik liflərdən ibarət ola bilər. Təbii liflərdən hazırlanmış fırçalar üzə toxunuşu zamanı xoş hisslər bağışlayır. Onlar kompakt göz kölgələrini, kirşanı və ənliyi zədələmir. Bu isə o deməkdir ki, qeyd olunmuş kosmetik vasitələri tez-tez dəyişməyə ehtiyac olmayacaq.

Kobud liflərdən hazırlanmış sintetik fırçalar kosmetik vasitələri zədələyə, üz dərinizə isə xoşagəlməz hisslər bəxş edə bilər.

Bundan əlavə təbii fırçalar öz formasını uzun müddət qoruyub saxlayır. Sintetik fırçaların isə demək olar ki, düzgün forması olmur və onlar öz formasını tez itirir.

Son vaxtlar süni liflərdən keyfiyyətli fırçalar hazırlanmağa başlayıblar. Bu fırçalar asanlıqla təbii materiallardan hazırlanmış fırçaları əvəz edə bilir. Çünki bu fırçaları istifadədən sonra da təmizləmək asandır və onlar gec korlanır.

Fırçaları tükcüklərinin bərkidilməsinə əsasən, aşağıdakı kimi təsnif etmək olar:

• Yapışdırılmış tükçüklər fırçaya xüsusi yapışqan ilə yapışdırıldığı üçün onlar tikmə yolu ilə bərkidilən fırçalara nisbətən daha az davamlıdır.

• Tikilmə üsulu ilə hazırlanmış fırçalarda isə tükcüklər xırda tüklər ilə fırçaya tikilir, nəticədə onlar davamlı və möhkəm olur.

Fırçalar kəsilmiş və ya yığılmış ola bilər:

• birincidə tükcüklər toplanır və formaları kəsilərək hazırlanır

• dəstlərdə– eyni ölçülü tükcüklər bir-bir seçilir və onları kəsərək formalaşdırmağa ehtiyac olmur.

Yığılma yolu ilə hazırlanmış fırçalar bir rəngdən digərinə yumşaq keçmək və hal- hazırda dəbli deqrade effekti yaratmaq üçün istifadə olunur.

Kəsilmə yolu ilə hazırlanmış fırçalarla bu cür effektləri əldə etmək, demək olar ki, mümkün deyil.

Əsas fon rənginin çəkilməsi üçün yastı, enli, oval və ya yarpaq formalı fırçadan istifadə olunur. Onunla bütün növ - presslənmiş və ya kremvari göz kölgələrini bütün göz qapağına çəkmək olar.

Keçidli rənglərin çəkilməsi və tündləşdirmə üçün istifadə olunan fırçanın xüsusiyyətləri öncəkilərə bənzəyir, lakin daha enlidir və dəqiq aksentlər etməyə, aşağı göz qapağını, eləcə də göz künclərini makiyaj etməyə imkan yaradır.

Göz kölgələrini yaymaq üçün fırça yumru və ya əyri kəsilmiş formada ola bilər. Fırçalardan sərhədlərin hərəkətli və hərəkətsiz nahiyələrində kölgələri yaymaq üçün istifadə etmək olar. Həmçinin onlardan makiyajın sonuna yaxın qaş altına və gözlərin iç künclərinə sədəfli kölgələri çəkmək üçün istifadə etmək olar.

Sintetik vasitələrdən hazırlanmış kiçik ölçülü yastı fırçalardan göz qələmini yaymaq üçün nəzərdə tutulub. Onunla öncə göz qapaqlarında hər hansı formanı çəkmək olar.

Layner üçün fırçalar adətən, nazik və iti uclu olur, tüklərin kökündən başlayaraq, kirpik kənarlarına qədər və ya retro-hollivud aktrisaları stili üçün əyri kəsilmiş formada olur.

Kirpik və qaşlar üçün fırça makiyaj zamanı tuşun qalıqlarını götürmək çox vacibdir. Qaş fırçalar əyri kəsilmiş formadadır. O, qaşları boya ilə bərabər doldurur və onlara gözəl forma bəxş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm