Modapərəstlərin sevimli brendinin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Modapərəstlərin sevimli brendinin yeni kolleksiyası - Fotolar

Modapərəstlərin sevimli brendinin yeni kolleksiyası

Məşhur bir məsəldə deyildiyi kimi “Hər parıldayan qızıl deyil” hər yerdə keçərlidir. Eləcə də moda sənayesində. Ona görə də, ilk baxışda diqqətimizi çəkən hər şeyi yaxşıca incələmək və astarına baxmaq lazımdır. Məsələn, götürək elə "Prada" moda evinin 2015 yaz-yay kolleksiyasını.

"Prada" brendi Milan moda həftəsində yeni kolleksiyasını nümayiş etdirib. "Prada"nın yeni kolleksiyası Milan moda həftəsində ən çox gözlənilən dəfilələrdən biri idi. Eləcə də son 3 həftə ərzində Nyu-York, London və Milan moda paytaxtlarında nümayiş olunan kolleksiyalar arasında modapərəstlərin ən səbirsizliklə gözlədiyi dəfilələr arasına daxildir.

Yeni kolleksiyada keçən ilki kimi dizə qədər uzanan corablar diqqət çəkir. Lakin bu il təqdim olunan corablar əlvan rənglərdə deyil, şəffaf və pastel tonlarda olması ilə diqqət çəkir. Kolleksiyada kifayət qədər sakit rəng çeşidinə yer verilib. "Prada" yaz-yay 2015 kolleksiyasında qəhvəyi rəngin bütün çalarlarına rast gəlmək mümkündür.

Ümumilikdə, bu kolleksiya sadə və şıq görünmək istəyən işgüzar qadınlara daha yaxındır. Həkim çantalarını xatırladan təmtəraqdan uzaq çantalar isə rəsmi üslubu tamamlamaq üçün ideal seçim ola bilər. Dəridən tikilən, səliqəli biçimli plaşlar yağışlı yaz günlərində sizi islanmağa qoymayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm