“Seks Tanrısı” ilə yatmaq bütün qadınların arzusudur - Fotolar
Bizi izləyin

Tabloid.az

“Seks Tanrısı” ilə yatmaq bütün qadınların arzusudur - Fotolar

“Ancelina bağışla, Bredlə yatmaq istəyirəm”

Dünyanın ən yaraşıqlı və seksual kişisi

Qadınlara “Dünyanın ən yaraşıqlı kişisi kimdir?” sualını versək, 99 faizi eyni cavabı verəcək – “Əlbəttə, Bred Pitt”.

Nə yalan deyim, mən də Bredi dünyanın ən yaraşıqlı kişisi hesab edirəm. Yaraşıqlı olmaq təkcə üz gözəlliyi, boy, əzələ və ya saç kəsimi ilə əldə edilən bir üstünlük deyil. Qadınların gözünə yaraşıqlı görünmək üçün bir çox xüsusiyyətə sahib olmaq lazımdır. Bred isə nəinki qadınların xəyallarını bəzəyir, həm də kişilərin qısqanclığına səbəb olur. Çünki o, qüsursuzdur. Elə bir adam fikirləşin ki, həm yaraşıqlı, həm zövqlü, həm alicənab, həm ailəcanlı, həm seksual, həm də sevimli ola bilsin. Deyəcəksiniz ki, belə insan ola bilməz, mən də sizə deyəcəyəm ki, belə insan var, onun adı Bred Pittdir.

“Ancelina bağışla, Bredlə yatmaq istəyirəm”

“Thelma and Louise”dakı 15 dəqiqəlik rolundan sonra Bredə “seks Tanrısı” ləqəbi verildi.

O bütün qadınlar üçün ideal kişi obrazıdır.

Xarici mətbuatda yer alan məlumatlara inansaq, bir çox qadın onunla heç olmasa bir dəfə yatmaq üçün gecələr dua etdiklərini etiraf ediblər. Bir çox məşhur qadın da Bredlə bağlı fantaziyalarını mətbuata açıqlayıb. Onlardan biri pop ulduz Madonnadır.

2013-cü ildə pərəstişkarlarının suallarını cavablayan Madonna xəyallarında özünü Bred Pittlə eyni yataqda təsəvvür etdiyini deyib:

“Xəyallarımda Bred Pitt və mən birlikdə yaşayırıq. Yataqdayıq. Yanımızda kiçik, sarışın bir uşaq var. Bağışla, Ancelina bu sadəcə yuxudur”.

Bred o qədər yaraşıqlıdır ki, onun gözəlliyi bəzən başına iş açır. Məsələn, sırf yaraşıqlı olduğu üçün rol aldığı bir reklam çarxı Malayziyada qadağan olunmuşdu. Səlahiyyətlilər Bredin çox yaraşıqlı olduğu üçün malayziyalı kişilərin özlərini pis hiss etməsindən çəkindiklərini və reklamın yayımımı ölkədə qadağan etdiklərini açıqlamışdılar.

Ancelina Bredin hansı xüsusiyyətini bəyənmir?

O, Hollivudun ən xarizmatik aktyorudur, “ən seksual kişi” siyahılarında həmişə birinci olur. Ancaq sən demə, bu qədər təriflədiyim Bred Pittdə qüsur tapan bir qadın var imiş. Bu qadın əlbəttə ki, onunla bu yaxınlarda Fransada ailə quran Ancelina Colidir. Bred və 6 uşaqları ilə xoşbəxt ailə həyatı yaşayan aktrisa zövq məsələsində əri ilə yola gedə bilmir.

Xarici mətbuatda yer alan xəbərlərdə 2005-ci ildən bəri Bredlə birlikdə olan Colinin aktyorun saç modelindən, geyiminə kimi hər seçimini tənqid etdiyi bildirilir. Ancelina Bred haqqında “10 dəqiqə onun yanında olmasam, özünü Amerika kəndçilərinə oxşadır” deyirmiş.

Coli Bredin məşhur stilistlərdən biri ilə işləməsini istəsə də, buna nail ola bilməyib. Bred Pitt geyiminə qarışan olanda özünü oğlan “Barbie” oyuncağı “Ken” kimi hiss etdiyini deyib. Deyəsən, cütlüyün 6 il birlikdə yaşamaqlarına baxmayaraq, evlənməkdə tərəddüd etmələrinin səbəbi elə budur. Belə başa düşürəm ki, Ancelina dünyanın ən yaraşıqlı kişisi ilə birlikdə olduğunun fərqində deyil, yazığı sıxma-boğmaya salır.

Ancelinaya keçmiş illərinə, o vaxtlardakı zövqsüzlüyünə nəzər salmasını məsləhət görürəm. Ancaq “igidi öldür, haqqını ver” deyiblər. Ona görə də Bredin özünəməxsus şıq stilinin yaranmasında Ancelinanın böyük rolu olduğunu etiraf etməyə bilmərəm. Əvvəlki illərə nəzər saldıqda Pittin o qədər də zövqlü seçimlər etmədiyi diqqətdən yayınmır. Həqiqətən də aktyor Ancelina Coli ilə sevgili olduqdan sonra daha zövqlü geyinməyə və şıq aksessuarlardan istifadə etməyə başlayıb.

Əslində Bred çuval da geyinsə, yenə də yaraşıqlı görünür. Ancaq dünyada onun kimi seksual və xarizmatik görünmək istəyən milyonlarla kişi Bred kimi zövqlü olmaq istəyir. Bunu nəzərə alaraq “Onların stili” layihəsi üçün məhz Bred Pittin stilini araşdırmağa qərar verdim.

Sadə və şıq

İlk diqqətimi çəkən Bred Pittin sadə geyinməyə üstünlük verməsinə baxmayaraq, şıq və dəbdəbəli aksessuarları sevməsi oldu. Hər tərzi özünə yaraşdırmağı bacaran “seks Tanrısı” dəvətlərə Ancelinanın tənqidlərinə məruz qalmamaq üçün şıq kostyumda gəlir. Bir-birindən bahalı kostyumlar Bredin seksuallığını daha da artırır.

Diqqətimi çəkən bir digər məqam isə aktyorun dəvətlərə geyindiyi kostyumları çox vaxt Ancelinanın libasları ilə uyğunlaşması oldu. Yəqin ki, bu da gözəl aktrisanın təkidi ilə verilmiş qərardır.

Bred gündəlik həyatda tşört üstünə köynək geyinir, cins şalvarlarla yanaşı bol kəsimli kətan şalvarlar geyinir. Şapkaları çox sevir.

Aktyor Ancelina ilə tanışmadan öncə tərzini tez-tez dəyişdirirdi. Ulduzlar aləmində tərzini bu qədər sürətlə dəyişən bir Rihanna var, bir də Bred Pitt. Ancaq Bredin həyatına Ancelina Coli daxil olduqdan sonra vəziyyət dəyişdi. Düzdür yenə də rol aldığı filmlərlə əlaqədar olaraq ildə 1-2 dəfə onun saç və geyim stillərində fərqlilik görürəm. Lakin əvvəlki illərdəki kimi həftədə bir saç stili ilə qarşımıza çıxmır. Çətin olsa da, illərin öz sözünü dediyini qəbul etməliyik. Artıq Bred elə də cavan deyil, onun 50 yaşı var.

Mən Bred artıq qocalığa doğru gedir desəm də, aktyor bunun üçün hələ çox tez olduğunu düşünür. O hələ də heç kimi özünə rəqib görməyəcək qədər dəblidir. Ötən il “Dünya müharibəsi Z” adlı filmi üçün saçlarını uzadan Bred keçmiş günlərini yad etmişdi. Bred yeni bir dəb tendensiyası da yaratmışdı. O, tək rəngdə geyinməyə çalışırdı. Şalvar, köynək, tşört, çanta və ya şapkası eyni rəngdə olmalı idi.

Brad Pitt’in tek renk takıntısı

Daha öncə “Onların stili” layihəsində məşhur futbolçu Devid Bekhemin geyim tərzindən bəhs etmişdim. Devid həqiqətən çox zövqlüdür. Ancaq gəlin etiraf edək ki, o, arada Bredin stilindən görüb götürür. Son vaxtlar iki ulduzun da bir-birinə oxşar geyindiyini müşahidə etmək çətin deyil. Devid əvvəlki illərdən fərqli olaraq dəbdəbəli geyimlərdən vaz keçib daha sadə geyinməyə üstünlük verir.

Gördüyünüz kimi, Bred Pitt ulduzların da qısqandığı, izlədiyi, təqib etdiyi, nümunə götürdüyü bir simadır.

"O modaya yeni nəfəs verdi"

Bunu mən demirəm, məşhur “People” jurnalının moda direktoru Susan Kaufman deyir. Kaufman Hollivudun ən şıq və özünəməxsus stilə malik olan ulduzlardan bəhs edərkən, Bred Pittin kişi modasına yeni nəfəs verdiyini bildirib.

Həqiqətən də o moda dünyasında bir çox ilklərə imza atıb. Ən çox diqqət çəkən isə onun məşhur moda evi “Chanel”in “No 5” adlı parfümün reklam siması seçilməsi oldu. Bred qadın ətrinin reklam siması seçilən ilk kişi olmağı bacarmışdı. Aktyorun rol aldığı reklam roliki maraqla qarşılandı.

Hər halda Bred Pittin bir çox məşhur jurnalın üz qabığını bəzədiyini vurğulamağıma ehtiyac yoxdur. İllər keçdikcə daha da yaraşıqlı və seksual görünən aktyor jurnalların diqqətindən yayınmayıb.

Bredin həm üz, həm də bədən quruluşu elədir ki, hər stili özünə yaraşdıra bilir. O, ən bahalı və keyfiyyətli brendlərə üstünlük verir.

Bahalı saatlar və eynəklər

Aktyorun ən sevdiyi aksessuarlar saat və eynəklərdir. Bir kişi üçün saat çox önəmlidir. Çünki düzgün seçilmiş saat kişinin xarizmasını artırır, onun aid olduğu təbəqəni vurğulayır. Bred “Tag Heuer” brendinin saatlarına üstünlük verir. Aktyorun bahalı saatlardan ibarət kolleksiyası olduğu deyilir.

Bredi çox təsadüfi hallarda eynəksiz görmək olar.

“Tom Ford” markasının eynəklərinə üstünlük verən aktyorun bir çox fərqli model və rəngdə günəş eynəkləri var.

Bəziləri Bredin eynəklərdən bu qədər çox istifadə etməsinin səbəbini onun göz altlarındakı qırışlarla əlaqələndirilər. Deyilənə görə, aktyor yaşlılıq əlamətləri olan gözaltı torbalarını və qırışları eynəklə örtməyə çalışır. Ancaq bu doğru olsa belə bir neçə ay öncəsinə aid ola bilər. Çünki Bred ötən il 50 min dollara yaxın pul xərcləyərək üzünə estetik müdaxilələr etdirib. Onun botoksla üz qırışlaırnı açdırdığı və gözaltı torbalarını aradan qaldırdığı deyilir. Həqiqətən şəkillərə baxdıqda onun üzünün 10 yaş cavanlaşdığını müşahidə etmək olur. Bu qəribə qarşılanmamalıdır. Necə ki, dünyaca məşhur cazibədar ulduzlar gözəlliklərinin qayğısına qalaraq bir çox əməliyyatlar və proseduralardan keçirlər, eləcə də məşhur kişilərin də buna haqqı çatır.

Bredin eynəklərindən söz düşmüşkən onun bu günə kimi ən çox diqqətçəkən və müzakirələrə səbəb olan günəş eynəyindən bəhs etməsəm olmaz. 2012-ci ildə “Kann Film Festivalı”nda iştirak edən Bred Pitt bahalı eynəyi ilə diqqət çəkmişdi.

18 karat qızıldan hazırlanan eynəyin qiymətinin 1250 dollar olduğu deyilirdi. Bred həmin il eynəyi və möhtəşəm görüntüsü ilə festivalı kölgədə qoymuşdu.

İdeal bədənə necə qovuşdu?

Bred Pitt məktəb illərində qolf, güləş, tenis kimi idman növlərinə maraq göstərib. Üzməyi çox sevib. Boyu 1,80 sm olan aktyor 74 kilodur. O, ideal çəkidə qalmaq üçün çox üzür və idmanla məşğul olur.

Yeri gəlmişkən, Bredi qadınlar üçün ideal edən möhtəşəm əzələlərindən bəhs etmək istəyirəm. Aktyor “Troya atı”, “Döyüşçü klubu” kimi filmlərdə mükəmməl əzələlərini nümayiş etdirib. Bəs görəsən, Bred bu əzələlərə necə sahib olub? Aktyorun bu əzələlərə qovuşmasında koreyalı fitness müəllimi Yumi Linin böyük rolu olub.

Hollivud ulduzlarının fitness ustası kimi tanınan bu qadın “Troya” filmi üçün Bredlə həftədə iki gün, gündə bir saat yarım işləyib. 9 ay davam edən dərslərdən sonra Bred Aşil obrazına yaraşan möhtəşəm görüntüsünə qovuşub.

Sevgiliyə uyğun saç stili

Bred geyim tərzindən çox saç və saqqalı ilə oynamağı sevir. Onu gah saqqallı, gah bığlı, gah uzun saçlı, gah qeyri-adi saç kəsimində görürük.

Ancaq etiraf edim ki, saçının və ya saqqalının uzunluğunun fərqi yoxdur, o həmişə insanı valeh etməyə qadirdir.

Bredin geyimlərini Ancelina Coli ilə uyğunlaşdırdığını qeyd etmişdim. Aktyorun əvvəlki illərinə nəzər salarkən onun saç stilləri diqqətimi çəkdi. Bir çox kişi stil ikonları kimi Bred də fərqli saç kəsimləri və rənglərinə müraciət edir. Ancaq maraqlı cəhət odur ki, onun saç stilləri sevgililərinin ilə oxşarlıq təşkil edir. Belə çıxır ki, Bred saçının formasına həyatındakı qadınlara uyğun olaraq qərar verir. Məsələn, 80-ci illərdə Culiet Levis ilə birlikdə olarkən Bredin saçı bu formada idi. İki sevgilinin saç formalarındakı oxşarlıq yəqin ki, sizin də diqqətinizi çəkdi.

BRAD PITT HER SEVGİLİYE BAŞKA BİR SAÇ MODELİ

Daha sonra Qivini Peltrou ilə nişanlanan Bred ona məsum ifadə verən bu saç kəsimi və rənginə üstünlük vermişdi.

BRAD PITT HER SEVGİLİYE BAŞKA BİR SAÇ MODELİ

Bred Cennifer Enistonla eşq yaşadığı dövrdə isə saçlarını uzatmışdı.

BRAD PITT HER SEVGİLİYE BAŞKA BİR SAÇ MODELİ

Ancelina Colidən sonra bir çox saç modellərinə müraciət etsə də, onu daha çox qısa, qəhvəyi rəngli saçlarda görürük.

BRAD PITT HER SEVGİLİYE BAŞKA BİR SAÇ MODELİ

Bredin keçmişdən bu günə kimi ən maraqlı saç stillərini seçmişəm. Fotolara nəzər salaraq aktyorun stilindəki böyük inkişafı görə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm