Aktyorun nişanlısı 3 aylıq hamilədir
Bizi izləyin

Tabloid.az

Aktyorun nişanlısı 3 aylıq hamilədir

Corc Kluni ata olmağa hazırlaşır

Aprel ayında nişanlanan və hazırda toy hazırlaqları ilə məşğul olan məşhur cütlük Corc Kluni ilə Amal Alamuddinin barədə maraqlı iddialar ortaya atılıb.

Xarici mətbuatada yer alan xəbərlərə görə, Amal 3 aylıq hamilədir, ancaq nəzərdən qorxduğu üçün bu xəbəri mətbuatdan gizlədir.

Bunu jurnalistlərə cütlüyün yaxın dostlarından biri açıqlayıb:

"Corc heç vaxt uşaq istəməyib. Ancaq indi həyatının qadınını tapıb. Ata olmaq istədiyini ilk dəfə etiraf edib. Çox həyəcanlıdırlar. Yəqin ki, toydan sonra bu xəbəri özləri də təsdiq edəcəklər”.

Qeyd edək ki, 53 yaşlı aktyor ötən il jurnalistlərə açıqlamasında uşaq istəmədiyini bildirmişdi. Kluninin ata olmağa qərar verməsi hamını təəccübləndirib. Aktyorun bu qərarı verməsi Amala olan böyük sevgisi ilə əlaqələndirilir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm