Nadir hansı söz-söhbətdən qorxmur?
Bizi izləyin

Tabloid.az

Nadir hansı söz-söhbətdən qorxmur?

Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb.

Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yenilikdən danışıb.

Tabloid.az-a açıqlama verən ifaçı bildirib ki, 6/8 ritmində yeni mahnılar oxuyacaq.

“Daim yaradıcılığımda yeniliklər etmək istəmişəm. Bu istəyimi də hər zaman reallaşdırmışam. Baxmayaraq ki, hər yenilik müzakirəsiz ötüşməyib”- deyə müğənni oxuyacağı yeni mahnılar ətrafında söz-söhbətlərin istisna olmayacağını vurğulayıb:

“Sənətçi daim yenilikləri ilə sevənlərinin qarşısına çıxmalıdır. Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin repertuarından olan “Haydi söylə” adlı mahnısını 6/8 ritmində oxudum. Düşünürəm ki, bu bəstə dinləyicilərin xoşuna gəlib. Bu da son deyil. Daha bir türk bəstəsini 6/8 ritmdə ifa etmişəm. “Sarışınım” adlı mahnının aranjeman işləri gedir. Hazır olduqdan sonra təqdim edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm