Göz şişkinliyindən xilas olmaq üçün ən asan üsullar
Bizi izləyin

Tabloid.az

Göz şişkinliyindən xilas olmaq üçün ən asan üsullar

Gözlərimizin ətrafındakı şişkinlik gözəlliyimizə kölgə salır. Şişkin gözlər yorğun və olduğumuzdan daha yaşlı görünməyimizə səbəb olur

Gözlərimizin ətrafındaki şişkinlik gözəlliyimizə kölgə salır. Şişkin gözlər yorğun və olduğumuzdan daha yaşlı görünməyimizə səbəb olur.

Qadınların 90 faizi səhərlər oyandıqda gözlərində şişkinlik müşahidə edirlər. Siz də səhərlər işə gedərkən şişkinlikdən xilas olmaq üçün vaxtınız olmadığını düşünüb evdən bu halda çıxırsınızsa, bu yazımızı mütləq oxuyun.

Soyuq qaşıq

İki ədəd qaşıq götürüb soyuducunun dondurucu kamerasına qoyun. 5 dəqiqə keçdikdən sonra həmin qaşıqları götürüb gözlərinizin üzərinə qoyun. 10 saniyə saxlayıb götürün və bu prosesi bir neçə dəfə davam etdirin.

Soyuq dəsmal

Kişik bir dəsmalı isladıb soyuducunun buzluğuna qoyun. 5 dəqiqə sonra dəsmalı soyuducudan çıxarıb gözlərinizə kompres edin.

Xiyar

Kiçik bir xiyar götürüb təmiz yuyun. Daha sonra onu incə halqa şəklində dilimləyin. Gözlərinizin üzərinə qoyub 10 dəqiqə saxlayın.

Yumurtanın ağı

Bir yumurtanın ağını köpük halına gələnə kimi çırpın. Bir fırçanın köməkliyi ilə göz ətrafınıza çəkib 15-20 dəqiqə saxlayın. Daha sonra soyuq su ilə üzünüzü yuyun.

Çay

İki ədəd çay paketini soyuducuya qoyub soyumasını gözləyin. Daha sonra gözlərinizin üzərinə qoyub 10 dəqiqə saxlayın. Çayın tərkibindəki kofein şişkinliyin aradan qalxmasına kömək edəcək.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm