"Roberto Cavalli"nin təmtəraqlı kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Roberto Cavalli"nin təmtəraqlı kolleksiyası - Fotolar

Roberto Cavalli təmtəraqlı kolleksiyası

"Roberto Cavalli" Milan moda həftəsində rəngarəng 2015 yaz-yay kolleksiyasını nümayiş etdirib. Dizayner bütün yaxşı geyimlərinin hamısını bir dəfəyə işıq üzünə çıxartmağa qərar verib. Belə ki, dəfilədə göstərilən geyimlər rabitəsiz olsa da, hər biri həqiqətən də möhtəşəm idi. Vəhşi təsvirlər geyimlərin demək olar ki, hamısında istifadə olunmuşdu. Xüsusən də güləbətin işləməli gümüşü təmtəraqlı bəzəklər, bəbir təsvirlərinin bir arada olması göz qamaşdırırdı. Roberto Cavalli digər italyanlar kimi yüksək səslə danışır, onun 2015 yaz-yay kolleksiyası da qışqırırdı.

Hərçənd ki, Roberto Kavalli nümayiş öncəsi jurnalistlərə kolleksiyanın yaradılmasında onu parlaq və isti ölkəyə səyahət fikrinin ruhlandırdığını etiraf etsə də, kolleksiyada yırtıcı heyvan - bəbir, canavar, leopard və lələklərdən geniş istifadə etməsi bu versiyanın o qədər də inandırıcı olmadığını pıçıldayır.

Dəniz və çimərlik havasını xatırladan əlvan sarafanlar hər bir qızın ürəyincə olacaq.

Dizayner yeni kolleksiyasında kokteyl donların hazırlanmasında bəyaz krujeva ilə yaxından dostluq edib.

Dərin yarıqları olan ziyafət libasları ilə dizayner qadınları gecənin ən iddialı və cəsarətli xanımı olmağa sövq edir.

Tabloid.az yeni kolleksiyanın fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm