Qadınların kişilərə cazibəli gələn xüsusiyyətləri
Bizi izləyin

Tabloid.az

Qadınların kişilərə cazibəli gələn xüsusiyyətləri

Qadınlar kişilərin diqqətini çəkmək üçün müxtəlif üsullara əl atırlar. Amma qadınların elə keyfiyyətləri var ki, kişilər onların xəbəri olmadan həmin keyfiyyətlərə heyran olur. Tabloid.az qadınların kişilərə çəkici gələn xüsusiyyətlərini təqdim edir:

Qadınlar kişilərin diqqətini çəkmək üçün müxtəlif üsullara əl atırlar. Amma qadınların elə keyfiyyətləri var ki, kişilər onların xəbəri olmadan həmin keyfiyyətlərə heyran olur. Tabloid.az qadınların kişilərə çəkici gələn xüsusiyyətlərini təqdim edir:

Kosmetikasız üz: Qadınlar ömürləri boyu kosmetik vasitələrə dünyanın pulunu sərf edir. Amma kişilər boyasız dodaqları və tonal kremsiz yanağı öpməyi daha çox xoşlayırlar. Bundan başqa, kosmetikasız üz özünə güvənin də bir ifadəsidir.

Qarın: Qadınların çoxu əzələli qarın bölgəsinin xəyalını qurarkən, kişilər yüngül qarınlı qadınları, yumşaq və bəlli olan xətləri sevirlər. Çox yeməmək şərti ilə azca çıxmış qarın qadına təbii görünüş verir.

Qırışlar: Qadınlar qırışlarını kişilərdən daha çox dərd edirlər. Lakin kişilər qırışları zənn edildiyinin əksinə olaraq, gəncliyin itkisindən çox, təcrübə və kamilliyin izləri kimi görür.

Çatlaqlar: Çəki alıb-verməkdən, ya da doğum səbəbi ilə yaranan qadınların qorxulu yuxusu çatlaqlar kişilərə o qədər də dəhşətli görünmür. Hətta dünyaya gələn uşaqlarının izləri kimi cəlbedici cəhəti var.

Sərxoş halda telefon axtarmaq: Qızlarla gecə bayıra çıxıb sərxoş olduqdan sonra sevdiyiniz kişiyə zəng edib onu nə qədər sevdiyiniz və darıxdığınız demək pis bir fikir deyil. İnsanlara nə hiss etdiyinizi qəfildən etiraf etmək, həm güvən vericidir, həm də seksual səslənir.

Sinələr: İri sinələrin kişilərə daha cazibədar gəldiyi heç kimə sirr deyil. Lakin sevilən qadın olmaq üçün məşhur modellərin döşlərinə sahib olmaq lazım deyil. Balaca sinələr də gəncliyə və sağlamlığa işarə ola bilər. Güman edildiyi kimi seksual olmaq üçün böyük sinələrə malik olmaq mütləq deyil.

Rəngli və krujevalı alt paltarları: Normal cinsəl həyat üçün alt paltarlarının rolu böyükdür.

Yalın ayaqlar: Dikdaban ayaqqabı geyinən qadınlar kişilərdə seksual qadın obrazı kimi xarakterizə olunsa da, yalın ayaqlar da onlara çəkici gəlir. Bu çılpaqlığı, təbiiliyi və təzadı işarə etdiyi üçün seksual görünür.

Dağınıq saç: Kişilər uzun və gur saçlı qadınları daha cazibədar hesab edirlər. Çünki kişilər uzun və gur saçlı qadınların daha sağlam və gümrah olduğuna inanırlar.

Ağıl: Kişilər ağıllı, lakin ağlını onlara israrla hər fürsətdə nümayiş etdirməyən və problem çıxartmayan qadınlardan xoşlanır.

Uşaqlarla yaxşı yola gedən: Bu sizin səbirli və şəfqətli olduğunuzu göstərir və ona anasının qeyd-şərtsiz sevgisini xatırladır.

Bol idman köynəkləri: Münasibətlərdə müəyyən həddi keçdikdən sonra seksual alt paltarları ilə yatağa girməyin yerini rahatlıq ehtiyacı alır. Rahat paltarlar özünüzə etibarınızı göstərir və kişilər bunu seksual hesab edə bilər.

İri gözlər: Demək olar ki, hər ölkədə böyük gözlər gözəllik etalonu kimi tanınır. Çünki qadının gözlərinin üzün alt hissəsinə nisbətən daha böyük görünməsi kişilərdə qoruma instinkti oyadır. İri gözlər kişilərdə həm də toxunma və qucaqlaşma instinktini şiddətlə artırırlar. Rəngli gözlərə sahib olmaq üstünlükdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm