• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İnsanı xoşbəxt edən qidalar

İnsanı xoşbəxt edən qidalar

Bəzi qidalar var ki, insanın ovqatına yaxşı təsir edir, əhval-ruhiyyəsini yüksəldir. Amma belə qidaların özü də iki qrupa bölünür: Faydalı və zərərli.

Tabloid.az bu günkü icmalında insanı xoşbəxt edən, sağlamlığının qayğısına qalan qida məhsulları haqqında maraqlı faktları təqdim edir:

Şərbətli şirniyyatlar yerinə tünd şokolad

Mutlu eden gıdalar

Bir çox insan kədərini şirniyyat yeyərək aradan qaldırmağa çalışır. Halbuki son dərəcə ağır və sağlamlığınız üçün zərərli bu qidalar əvəzinə tünd şokoladın sizin əhval-ruhiyyənizi daha da yaxşılaşdıracağını bilirsinizmi? Stressin bir nömrəli düşməni tünd şokoladdır. Ondan bir parça yediyiniz anda seratonin beyində dolaşmağa başlayır. Tərkibindəki flavonoid isə qanı sulandırır, ürək xəstəlikləri riskini azaldır.

Kişmiş əvəzinə banan

Mutlu eden gıdalar

Gərgin və stressli bir gün yaşayırsınız? Əliniz siyirtmədə kişmiş, quru meyvələr axtarır. Bəli, bunları yeyərək qısa müddətə özünüzü xoşbəxt hiss edə bilərsiniz. Amma kalorisini unutmayın. Halbuki B6 vitamini ilə zəngin bir banan yeyərək orqanizmdə serotonin və dopaminin sintezini artıra bilərsiniz. Orqanizmin B6 vitamini ilə qidalanan stresslə mübarizə aparmaq üçün bu meyvəni yeyin. Sizi potensial depressiya təhlükəsindən bananın qoruya biləcəyini unutmayın!

Pəhriz kola əvəzinə portağal suyu

Mutlu eden gıdalar

Araşdırmalar süni dadlandırıcıların insanın psixoloji vəziyyətinə təsirli ola biləcəyini göstərir. Bu araşdırmaların nəticələrinə görə, duyğu pozğunluğu yaradan dadlandırıcılar depressiyaya meyilli insanların əhval-ruhiyyəsinə xüsusilə mənfi təsir edə bilir. İçkilərin psixoloji durumunuza müsbət təsir etməsi üçün C vitamini ilə zəngin portağal suyunu içə bilərsiniz. Çünki bu vitamin beyin sinirlərinin balanslaşdırılmasına kömək olduğu kimi depressiya əlamətlərinin azalmasına da dəstək olur.

Fıstıq yerinə qoz

Mutlu eden gıdalar

Çərəzlərin həsrətini çəkirsiniz, amma yeyə bilmirsiniz? Əgər bir az çərəz yemək sizi xoşbəxt edəcəksə, qozu seçin! Çünki omeqa 3-lə zəngin olan qoz ovqatınızı düzəldəcək mühüm yağ turşularını özündə ehtiva edir.

Kahı yerinə ispanaq və tərə

Mutlu eden gıdalar

Bəlkə də salatlara tünd yaşıl yarpaqlı tərəvəzlər əlavə etmək istəməyəcəksiniz. Amma unutmayın ki, tərkibində bol miqdarda maqnezium olan ispanaq və tərə yeyərək orqanizmin stresslə mübarizəsinə yardımçı olacaqsınız. Çünki maqnezium sinir xəstəliklərinin ilk əlamətləri olan narahatlıq və əsəbiliyi aradan qaldırmağa yardımçı olur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR