Sümük əriməsinin qarşısını alan qidalar
Bizi izləyin

Tabloid.az

Sümük əriməsinin qarşısını alan qidalar

Gündəlik rasiona daxil edilən qidalar vasitəsi ilə sümük əriməsinin qarşısını almaq mümkündür. Tabloid.az həmin qidalar haqqında məlumatı təqdim edir:

Gündəlik rasiona daxil edilən qidalar vasitəsi ilə sümük əriməsinin qarşısını almaq mümkündür. Tabloid.az həmin qidalar haqqında məlumatı təqdim edir:

Qaysı

Kemik erimesini önleyebilirsiniz

Qaysının tərkibində yüksək miqdarda kalsium və maqnezium var. Minerallar və vitaminlərlə zəngin olan əriyin insan orqanizmi üçün bir çox faydaları var. Ərik beyinin nizamlı işini tənzimləyir, sümüklərin daha düzgün və sağlam olmasında mühüm rol oynayır. Eyni zamanda, dişlərin daha möhkəm olması üçün mühüm bir qidadır.

Süd

Kemik erimesini önleyebilirsiniz

Bu qida kalsium, zülal, B2, A, E, D vitaminləri, fol turşusu, fosfor və dəmir mənbəyidir. Kalsium, D vitamini və fosfor ilə birlikdə sümükləri və dişləri gücləndirmək üçün əvəzi yoxdur. Bu vitamin və mineralların çatışmazlığı sümükləri əridir.

Orqanizmdə kalsiumun 99 faizi sümüklərdə və dişlərdədir. Süd güclü sümük və dişlərə malik olmağınızı təmin edir. Həmçinin bir çox araşdırma südün sümük sıxlığını da artırdığını sübut etmişdir. Deməli süddən çox istifadə edənlərdə sümük əriməsi riski aşağıdır.

Soğan

Kemik erimesini önleyebilirsiniz

Sarımsaqla birlikdə infeksiyalarla mübarizə aparır. Tərkibindəki kükürd birləşmələri arteriyaların zərər görməsinin qarşısını alır. Soğan sümük əriməsinin qarşısını alır.

Tərkibi A, B və C vitaminləri, kalium, maqnezium, kalsium, natrium, yod, fosfor və kükürd mineralları baxımından olduqca zəngindir.

Kahı

Kemik erimesini önleyebilirsiniz

Kahının tərkibində süddən daha çox kalsium olduğu deyilir. Kahının xırdalanmış toxumlarının sulu məhlulu süd verən anaların südünü artırır.

Tərkibindəki B qrupu, E və K vitaminləri, karotin, askorbin turşusu, dəmir, kalsium, fosfor, yod, kobalt, sink və maqneziumun zənginliyinə görə kahıya, sözün əsl mənasında möcüzəvi tərəvəz demək olar.

Brokkoli

Kemik erimesini önleyebilirsiniz

Mineral və dəmir çatışmazlığını aradan qaldıran brokkoli sanki vitamin anbarıdır. A, E və C vitaminləri baxımından zəngindir. Tərkibində bol miqdarda kalsium olduğu üçün sümük əriməsinin qarşısını almağa qadirdir. Dəmir, selen, mis və kalium mənbəyi olan brokkoli tərkibindəki flavonoidler baxımından immun sistemini gücləndirən xüsusiyyətə sahibdir. Antibiotik xassəyə malik olan brokkoli bu baxımdan prostat infeksiyasına qarşı çox təsirlidir.

Qara gavalı

Kemik erimesini önleyebilirsiniz

Fenol birləşmələri və bor elementi ilə zəngindir. Bor elementi sümük sağlamlığını qoruyan, sümük əriməsinə qarşı qoruyucu xüsusiyyətə malikdir. Gündəlik 100 qram quru alça istehlakı gündəlik bor ehtiyacını qarşılayır.

Üzüm çəyirdəyi

Kemik erimesini önleyebilirsiniz

Flavonoit tipli komponentlər baxımından zəngin olan üzüm çəyirdəyi sümük əriməsinə səbəb olan proteolitik fermentləri azaldıcı təsiri vardır.

Müxtəlif minerallar və vitaminlərlə zəngin olan üzüm çəyirdəyinin insan sağlamlığında rolu yüksəkdir. Üzümün çəyirdəyi şəfa mənbəyidir. Çünki çəyirdəyin tərkibində təbii antioksidant birləşmələri mövcuddur. Üzüm çəyirdəyində olan bu birləşmələr immun sistemini möhkəmləndirir, xərçəng toxumalarının və xəstəlik yayan bakteriyaların əmələ gəlməsinin qarşısını alır.

Nar dənəsi

Kemik erimesini önleyebilirsiniz

Narın tərkibindəki flavonoitin strukturunda üzüm nüvəsində kimi eyni komponentlər var, ona görə də eyni təsiri göstərir.

Nar A, C, B, P, E vitaminləri və mikroelementlərlə - kalium, kalsium, yod, mis, dəmirlə olduqca zəngindir.

Portağal kimi narıncı meyvələri

Kemik erimesini önleyebilirsiniz

C vitamini və flavonoit komponentləri sayəsində sümük sağlamlığı baxımından əhəmiyyətlidir

Narıncı meyvələrin sağlamlıq üçün böyük xeyri şübhəsizdir. Çünki onlar C, B1 və B2, P, K, D vitaminləri, A provitamini, efir yağları, orqanik turşular və s. ilə zəngindirlər. Bundan əlavə onların tərkibində kalsium, maqnezium, kalium kimi insan orqanizmi üçün çox vacib olan mikroelementləri var. Bütün sitrus meyvələri uzun müddət saxlandıqda belə öz faydalı xüsusiyyətlərini itirmir.

Alma

Kemik erimesini önleyebilirsiniz

Almanın sümük əriməsinin qarşısını almağa təsiri vardır. Hərəkətsiz həyat tərzində sümük əriməsi olduqda alma həmin problemə maneə törədərək sağlamlığımıza öz töhfəsini verir.

Bu meyvə diş sağlamlığı üçün də çox faydalıdır. Belə ki, almanı qabıqlı yedikdə dişlər təmizlənir və diş ətləri güclənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm