Güclü sakitləşdirici effektə malik olan bitkinin faydaları
Bizi izləyin

Tabloid.az

Güclü sakitləşdirici effektə malik olan bitkinin faydaları

Çobanyastığı bitkisi və çiçəyi yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. May-iyun aylarında çiçək açan çobanyastığı günorta saatlarında sapsız olaraq toplanır və saxlanılır. Kölgədə qurudulur

Çobanyastığı bitkisi və çiçəyi yol kənarlarında və boş ərazilərdə öz-özünə yetişən xoş qoxulu sarı-ağ rəngdə çiçəklər açan bir bitkidir. May-iyun aylarında çiçək açan çobanyastığı günorta saatlarında sapsız olaraq toplanır və saxlanılır. Kölgədə qurudulur. Çobanyastığının faydası toplanma və qurudulma şərtlərinə görə dəyişir. Çobanyastığı çiçəyinin toplanmasından bir il keçmişsə istifadə edilməməlidir. Həqiqi çobanyastığını tapmaq çox da asan deyil. Ümumiyyətlə çobanyastığına bəzi bitkilər qarışdırılaraq satılır. Çobanyastığının faydaları geniş istifadə sahəsinə malikdir. Çobanyastığının faydaları və təsirləri elmi cəhətdən də təsbit edilib. Tabloid.az dərman bitkisi tanınan çobanyastığının möcüzələr yaradan faydalarını təqdim edir:

Dəri gözəlliyi üçün istifadə edilir, dərini təmizləyir

Çobanyastığının allergiya meydana gəlməsini önləyici, mikrobların inkişafını maneə törədici və yara yaxşılaşdırıcı təsirləri də var. Təzə hazırlanmış çobanyastığı çayı ilə dəri təmizlənərsə, sızanaq meydana gəlməsinin qarşısını almaq mümkündür. Bu bitki üz dərisinə çox xeyirlidir. Gündəlik səhər yeməyindən əvvəl 1 qaşıq balla çobanyastığı çayı içmək üz dərinizə sağlam və təravətli görünüş verəcək.

Çobanyastığı suyu saç baxımı üçün istifadə edilir. Çobanyastığı ilə saçlar daha çox parlaqlıq qazanır. Saç rənginin açılması və saç dərsindəki qaşıntılar üçün mükəmməl bir vasitədir.

Çobanyastığı suyu - yəni dəmləməsi ilə vanna qəbul etmək bədənin dərisinə mikrob öldürücü təsiri ilə bərabər dərini təzələmək xüsusiyyəti daşıyır.

Çobanyastığının çayı, yağı tibdə çox istifadə edilir. Çobanyastığı çayı dərini təmizləmək və təravətləndirmək üçün faydalıdır. Bu çayla gözə kompres etmək gözdəki şişkinliyi aparır.

Çobanyastığını dəmləmək çox asandır. 2 çay qaşığı qurudulmuş çobanyastığını bir fincan suda dəmləyirik. Onu isti içmək lazımdır. Bəzən çobanyastığı çayına digər bitkilər də əlavə edirlər.

Körpələrə çobanyastığı çayı verilməzdən əvvəl hansı çobanyastığı növünü istifadə etdiyinizi bilməlisiniz. Keyfiyyətindən əmin olduğunuz firmaların hazır məhsullarını istifadə etmək daha etibarlı ola bilər.

Tərlədici, ağrıkəsici və mikrob əleyhinə vasitə kimi çobanyastığı çayı soyuqdəymələrdə faydalıdır. Ağzın və boğazın selikli qişasının iltihabında onu qarqara üçün istifadə edirlər.

Göz infeksiyalarında çobanyastığı çayının paketindən istifadə edilir. Paketi qaynar suya saldıqdan sonra gözün üzərinə qoyulur.

Çobanyastığı yağı: Çiçəklər şüşənin boğazına qədər gələcək şəkildə doldurulur. Çiçəklərin üstünə çıxacaq şəkildə saf zeytun yağı əlavə olunur və iki həftə gün şüaları düşən yerdə saxlanılır və hər gün çalxalanır. İki həftə sonunda süzülərək istifadəyə hazır hala gəlir. Soyuducuda saxlanılır.

Çobanyastığı yağı ağrıların müalicəsində də istifadə olunur. Əsasən də uşaqların qarın nahiyəsindəki sancı, ağrı (ağrı əsasən köp zamanı olur)zamanı çobanyastığı yağı isidilir və əllə qarın nahiyəsi yüngül masaj edilir. Bunu ağrı olmayan zaman da etmək olar, faydası var, amma ziyanı yoxdur. Çobanyastığını qaynadıb buxarı ilə tənəffüs etmək soyuqdəymə və sinusitdə (burun ciblərinin iltihabı deməkdir) xeyirlidir. Çobanyastığı yağı revmatizm əzələ ağrılarına yaxşı gəlir.

Çobanyastığının möcüzə yaradan digər faydaları

Çobanyastığı güclü sakitləşdirici effektə malikdir, sinir sisteminə yaxşı təsir edir, yuxusuzluqla mübarizədə kömək edir. Gərginlik və narahatlıq bəzən mədə-bağırsaq sisteminin xəstəlikləri ilə əlaqədar olur. Çobanyastığı çayı mədənin selikli qişasının iltihabını aradan götürür və ağrıları azaldır, ona görə də mədə və onikibarmaq bağırsağın xoralarında tövsiyə edilir. Bağırsaq mikroflorasının pozulmasından əziyyət çəkənlər üçün də çobanyastığı çayı faydalıdır. O həmçinin böyrək və öd kisəsi daşlarında əla profilaktik vasitədir.

Çobanyastığının faydaları:

İştahanı açır.

Sinirləri sakitləşdirir, eləcə də baş və bel ağrısına xüsusi ilə müsbət təsir göstərir, ağrıları sakitləşdirir.

Diş ağrısına da faydalıdır.

Bədənə rahatlıq verir.

Sidikqovucudur.

Hərarəti azaldıcı və mikrob öldürücü xüsusiyyətə malikdir. Mikrob öldürücü təsiri daha çoxdur.

Diş əti, ağız, boğaz və badamcıq iltihablarında qarqara etmək, dəmləməsi ilə yaralar və babasildə sağrı nahiyəsi yuyulur. Bu həm mikrobları öldürür, həm də yaranın sağalmasını tezləşdirir.

Çobanyastığı dəmləməsi bağırsaq qazlarına da müsbət təsir edir. Südlə birgə içmək daha yaxşıdır. Spazm ağrılarını aradan qaldırır. Bağırsaqlardan qaz çıxarma xüsusiyyəti olduğu üçün xüsusilə də qastrit və mədə xorası zamanı çox faydalı olan çobanyastığı xəstəliyin sağalmasını tezləşdirir.

Əks təsirləri

Əks təsirlərə gəldikdə isə çobanyastığı ən zərərsiz bitkilərdən biridir. Lakin burda da ehtiyatlı olmaq lazımdır. Hamilə qadınlara çox miqdarda çobanyastığı çayı içmək məsləhət deyil. Onu sedativ vasitələrlə eyni vaxtda istifadə etmək də olmaz. Çobanyastığını aspirin və digər qan durulaşdırıci vasitələrlə içməyin.

Əgər göstəriş varsa, 2 həftə çobanyastığı çayı içə bilərsiniz. Sonra 2 həftə fasilə verin. Daha sonra yenidən içə bilərsiniz. Unutmayın ki, istənilən halda bu dərman bitkisidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm