Xanımları şıq göstərən plaş dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımları şıq göstərən plaş dəbi - Fotolar

Xanımları şıq göstərən plaş dəbi - Fotolar

Romantik payız aylarında üst geyim üzərində çox fikirləşirik. Yağışlı günlərdə heç nə tapa bilmirik. Qalın dərilər çox isti saxlayır, hər dəfə yun jaket geyinmək isə darıxdırıcı gəlir. Ancaq dolabınızda plaş varsa, payız mövsümünü problemsiz və rahat şəkildə keçirə bilərsiniz. Üstəlik, plaşlar əsla dəbdən düşməyən klassik geyimdir. Əgər plaşınız yoxdursa, modanı izləyib-izləməməyinizdən asılı olmayaraq, özünüzə mütləq bir plaş alın. Onun sizə bəxş etdiyi eleqantlığa heyran qalacaqsınız.

Tez ötüşən trendlərin təsirinə düşmədən, illərlə istifadə edə biləcəyiniz plaş tapmaq çətin məsələ deyil. Brendlər payız kolleksiyalarında kifayət qədər maraqlı plaş modelləri təklif edirər. Mövsüm trendlərinə uyğun plaşlara pul xərcləmək yerinə, hər il geyinə biləcəyiniz klassik açıq, krem tonlarında plaşlara xərcləmək daha məqsədə uyğun olardı.

Boyunuz qısadırsa, uzun plaş deyil, diz xəttində bitən plaşlara yönələ bilərsiniz. Uzun boylu xanımlara isə uzun plaşlar çox yaraşır. Plaş seçərkən əyninizə tam oturmasına diqqət edin.

Plaş dedikdə ilk olaraq “Burberry”-nin klassik modeli yada düşür. Digər plaşlar məhz o plaşın modelindən təsirlənib hazırlanıb. Plaşların ilk dəfə 1901-ci ildə “Burberry” tərəfindən ingilis əsgərlərinə görə hazırlanan modellər olduğu deyilir. Yağış keçirməməsi üçün qabardın parça növündən tikilən bu plaşların qollarının da su keçirməməsi üçün bantlar yerləşdirilib. Xidmətlərini başa vuran əsgərlər sonralar şəhərin küçələrində də bu plaşları geyinməyə başlayırlar. Əsgərlər üçün tikilən plaşlar uzun idi, sonralar dizaynerlər onu qısalardaraq şəhər dəbinə uyğunlaşdırıb və hazırkı formanı veriblər.

2014 payız trendlərinə nəzər salsaq, bu mövsüm işləməli, rəngli, oversized (bol) modellərin aktual olduğunu müşahidə edərik. Hətta muncuq, mirvari, krujeva işləmələri diqqət çəkir. Klassik krem rənglərindən başqa, tünd göy, bənövşəyi, xardal, tünd yaşıl kimi rənglər 2014-ün plaş dəbinə daxildir. Dəri trençkotlatlar da payızda olduqca aktual olar. Astar rəngi başqa rəngdə olan plaşların qollarını qatlayan zaman çox eleqant görünür.

Hərbi tərzinə yaxın olan xanımları üzərində iri düymələri olan xardal rəngli modellərə yönələ bilər. Bu cür modellər qadın duruşunu çox qəşəng göstərir.

Plaşları necə və nə ilə geyinməli?

Plaşları klassik bluzkalar, köynəklər, şalvarlar, cinslərlə geyinərək sadə stil sahibi ola bilərsiniz. Don geyinməyi sevən xanımlar plaşın altına qısa don və yubkalar geyinə bilərlər. Lakin ayaqqabı hündür olmalıdır.

Solğun rəngli plaş geyindiyiniz zaman aksenti dodaqlara verin. Bonus olaraq qırmızı pomada istifadə edin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm