• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Fərda Xudaverdiyevi özündən çıxardılar

Fərda Xudaverdiyevi özündən çıxardılar

Yumor ustası Fərda Xudaverdiyev əsəbiləşib.

Tabloid.az xəbər verir ki, buna səbəb aktyorun “İnstagram”dakı paylaşmalarına yazılan xoşagəlməz şərhlər olub. Bundan bərk qəzəblənən Fərda “açıb ağzını, yumub gözünü”. O, sosial şəbəkədə izləyənlərə ismarış da göndərib. Deyib ki, ona xoşagəlməz şərh yazanlar və ya paylaşımlarına heç bir reaksiya verməyənlərin onu izləməsinə son verəcək.

“Mənə kəmiyyət yox, keyfiyyət lazımdır. Məni bəyənməyən, üzü sulu ikən, səhifəmi tərk elə. Onsuz da tezliklə qovulacaqsan”.

F.Xudaverdiyev hətta həmkarlarına da bu addımı atmağı məsləhət görüb:

“14 min izləyicisi olan birinin 1050 bəyənmə yığması, mənə çox gülməli görünür. Ona görə də bloqumda təmizləmə işlərinə başlayacağam. Məncə bütün həmkarlarım belə etsələr, yaxşı olar. Sözlərimi məsləhət kimi qəbul etsəniz sevinərəm. Mənim üçün barmağını bəyənmə düyməsinə apara bilməyənin səhifəmdə nə işi var ki?!”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR