• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zoğalın min bir dərdə dərman olan faydası

Zoğalın min bir dərdə dərman olan faydası

Zoğaldan insanların qida kimi istifadə etməsini tarixi çox qədimdir. Yazılı mənbələrdə zoğal meyvəsindən istifadə olunmasının 5 min illik tarixi olduğu göstərilir. Ona Avropada - Fransada, İtaliyada, Şərqi Avropada, Ukraynada, Moldovada, Rusiyada, həmçinin Qafqazda, Mərkəzi Asiyada, Çində, Yaponiyada və Şimali Amerikada rast gəlmək mümkündür. Çox qəribədir ki, zoğal bitkisi mart ayının ortasında çiçək açmağa başlayır və tam meyvənin yetişməsinə kimi azı 5-6 ay keçir. Bir çox hallarda kol, təsadüfü hallarda isə 5-7 metr hündürlüyündə olan ağacda yetişir. Tarixçilərin bildirdiyinə görə İsveçrədəki arxeoloji qazıntılar zamanı ilk zoğal çəyirdəyinə rast gəlinib.

Azər­bay­can­da isə elə bir ev tap­maq müm­kün de­yil ki, qı­şa bir ban­ka da ol­sa, zo­ğal mü­rəb­bə­si sax­la­ma­sın. Çün­ki biz­də yax­şı bi­lir­lər ki, qış ay­la­rın­da so­yuq­dəy­mə­nin ən ağır for­ma­sı­na mə­ruz qa­lan­la­rı da bir stəkan zo­ğal­lı çay­la dir­çəl­dib, aya­ğa qal­dır­maq olar. Am­ma bu gi­lə­mey­və­nin baş­qa müa­li­cə­vi xü­su­siy­yət­lə­ri də var.

Zo­ğa­lı bəzən “şey­tan mey­və­si” ad­lan­dı­rır­lar ki, bu heç də tə­sa­dü­fi de­yil. Rə­va­yə­tə gö­rə, Al­lah şeytana ya­rat­dı­ğı ağac­lar­dan bi­rini seç­mək im­ka­nı ve­rir. Bu da yaz fəs­li­nə tə­sa­düf edir. Zo­ğal ağa­cı­nın bü­tün baş­qa ağac­lar­dan bi­rin­ci çi­çək­lə­di­yi­ni gö­rən şey­tan tez-tə­lə­sik onu se­çir. Şey­tan dü­şü­nür ki, tez çi­çək­lə­yib­sə, qa­lan mey­və­lər­dən da­ha əv­vəl ye­ti­şə­cək. Am­ma yaz ke­çir, yay gə­lir, bü­tün mey­və­lər də­yir, zo­ğal ye­tiş­mək bil­mir. Bun­dan əsə­bi­lə­şən şey­tan zo­ğal­dan im­ti­na edib, onu in­san­la­ra ve­rir. İn­san­lar isə pa­yız­da ağac­lar­dan qa­lan mey­və­lər üzü­lüb qur­ta­ran­dan son­ra dəy­miş tünd qır­mı­zı zo­ğal­dan yı­ğıb, ləz­zət­lə ye­yir­lər. El ara­sın­da be­lə bir inanc da var ki, han­sı il zo­ğal bol gə­tir­sə, de­mə­li, qış bərk so­yuq ke­çə­cək. Çün­ki şey­tan məh­su­lun çox ol­du­ğu­nu gö­rüb, qə­zəb­lə­nir.

Tibbi əhəmiyyəti

Qabığından hazırlanan ekstraktı arpa unu ilə qarışdırıb pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə edilir. Yarpaqlarından surrokat çayı hazırlanır. Meyvəsindən svinka, qan azlığında, soyuqdəymədə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşanasından hazırlanan spirtsiz içkilərdən malyariyada, iştahanın artırılmasında, şirəsini nişasta ilə qarışdırılıb şəkərli diabetdə, eləcə də iştaha artırıcı vasitə kimi istifadə edilir.

Zoğal meyvəsindən insanlar qida kimi təzə, qurudulmuş və bişirilmiş halda istifadə edir. Bundan başqa, zoğaldan hazırlanan şirə mədə-bağırsaq pozğunluqlarının aradan qaldırılmasında da istifadə olunur.

Meyvəsindən hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər.

Zoğalın meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qan azlığında və mədə xəstəliyində də istifadə olunur.

Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir.

Zoğalın çəyirdəyini qurudub üyüdəndən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır.

Zoğalın meyvəsinin çəyirdəyindən qəhvə hazırlamaq da mümkündür.

Zo­ğa­lın yar­paq­la­rın­dan ha­zır­la­nan çay bə­də­ni möh­kəm­lən­di­rən va­si­tə ki­mi töv­si­yə olu­nur. Tə­zə də­ril­miş zo­ğal mey­və­sin­dən ha­zır­la­nan si­rop isə ra­xit­lik, an­gi­na, sin­qa xəs­tə­lik­lə­rin­də, qan az­lı­ğın­da yax­şı ef­fekt ve­rir.

Zo­ğal­dan bə­də­nin duz ba­lan­sı­nı nor­ma­ya sal­maq məq­sə­di­lə də ya­rar­lan­maq müm­kün­dür. Çin tə­ba­bə­tin­də zo­ğa­la və­rəm əley­hi­nə dər­man və qu­laq­da kü­yə qar­şı va­si­tə ki­mi ba­xı­lır. ABŞ-da isə bu gi­lə­mey­və­dən mal­ya­ri­ya­ya qar­şı va­si­tə ki­mi ya­rar­la­nır­lar.

Zoğal çox qüvvətli bir antioksidantdır

Zoğal vitaminlər, minerallar və güclü antioksidantlar ilə dolu olduğu üçün nizamlı istehlakı immunitet sisteminin güclənməsinə yardımçı olur. İmmun sistemini sürətlə gücləndirir. Xüsusilə qan dövranı sisteminə təsiri böyükdür.

İnfarkt riskini azaldır, xərçəng əmələ gətirən radikalların qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur.

Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunar və bu sayədə yuxu yatarıq. Lakin melatonin kifayət qədər ifraz olunmazsa xərçəng meydana gəlir. Hüceyrə istehsalı sürətlə pozulmağa başlayır.

Yuxusuzluğa qarşı

Yuxu probleminiz varsa və yata bilmirsinizsə yatmadan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək.

Gündə 1 ovuc qədər zoğal yemək döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır.

Aparılan araşdırmalarda zoğalda brokkolidən 5 qat daha çox antioksidant tapılıb. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqlardan mühafizə edir.

Zoğal sidik yolu infeksiyalarında məsləhət görülür. Sidiyin tərkibindəki turşu miqdarını artıraraq böyrək daşı meydana gəlməsinə mane olur. Üstəlik, mövcud olan daşlardan xilas olmağı təmin edir.

Təbii bir antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir.

Zoğal temperaturu salar və ishalı dayandırar. Yara və yanıqlarda müalicəvi xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur.

Klimaks dövründə qadınlarda yaranan istibasmalarının qabağına alar.

Depressiya və ruhi xəstəliklərdə yaxşı təsir göstərən bitkidir. Xüsusilə şəkər xəstələrinə təklif edilir. Çünki içində şəkər nisbəti aşağıdır.

Zoğal suyunun digər faydaları

Zoğal suyunda olan turşular və digər faydalı komponentlər böyrək daşlarının parçalanmasını təmin edir və böyrək daşı əmələ gəlməsini qarşısını almağa də yardımçı olur.

İçində olan fitokimyəvi maddələr qocalma prosesini ləngidir.

Arıqlamaq istəyənlərə zoğal suyu içmək üçün bir səbəb daha! Belə ki, zoğalın tərkibi bədəndəki yağ ehtiyatlarını əriməsini təmin edən və çəki itkisinə səbəb olan üzvi turşular ibarətdir.

Sellülit problemini azaltdığı və ümumiyyətlə dəri sağlamlığını yaxşılaşdırdığı da məlumdur.

Səpgi və yanıqları daha tez sağaltması da önəmli faydalarından biridir.

Həzm sistemi sağlamlığının qorunmasına köməkçi olur. Zoğalda olan proantosiyanidinler deyilən birləşmələr bağırsaq xərçəngi daxil olmaqla müxtəlif həyatı təhdid edən xəstəliklərin qarşısının alınmasına yardımçı olur.

Zoğal suyu anti-inflamatuar xüsusiyyətlər daşıdığından xüsusilə podaqra və artrit əlamətlərini azaltmağa kömək edir.

Zoğal yüksək qida dəyərinə malik olduğundan parkinson və alzheymer kimi xəstəliklərin qarşısının alınmasında faydalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR