Payızın makiyaj dəbi necə olacaq? - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın makiyaj dəbi necə olacaq? - Fotolar

Payızın makiyaj dəbi necə olacaq? - Fotolar

Arxada qoyduğumuz aylarda təşkil olunan moda həftələri mövsümün makiyaj trendlərini bizə əvvəlcədən xəbər vermişdi. Dünyanın ən yaxşı saç və makiyaj mütəxəssislərinin yaratdığı bu gözəllik trendlərini dəb nəhənglərinin dəfilələrində gördük və çox bəyəndik.

Bu trendlərə əməl etməyin zamanı gəldi! Payız-qış mövsümündə podiumda göstərilən makiyaj və gözəllik trendlərini küçəyə transfer etməyin zamanı gəldi.

İntensiv şəkildə tətbiq olunan layner London Moda Həftəsinin gözəllik trendlərinin başında gəlir. 2014-cü ilin payızında intensiv olaraq istifadə edilən layneri tamamilə qara olaraq, ya da canlı rənglərlə birlikdə tətbiq edə bilərsiniz. "Topshop Unique" dəfiləsinin vizajisti Hannah Murray tünd sürmələrə və qara tuşa üstünlük vermişdi. "Revlon"un kreativ direktoru Gucci Westman, Antonio Berardi podiumda qara və yaşlı birlikdə istifadə edib.

Növbə kirpiklərə gəldikdə isə, gözün daxili və xarici guşələrinə həmişəkindən daha çox əhəmiyyət verilir.

Liza Eldridgein Grace şousunda yaratdığı romantik stilləri ya da House of Hollandın makiyaj ustası Lusiya Picanın punk tərzi bu mövsüm aktual olacaq. Fərqli bir stildə makiyaj etmək istəyənlər mütləq başqa detallardan da istifadə etməlidir. İstər taxma kirpiklər, istərsə də, maye layner istifadə edin, amma bu mövsüm nə qədər diqqət çəkici göz makiyajı etsəniz, bir o qədər yaxşıdır.

İslaq və nəmli saçlar: Yaş görünüşlü saçlar Nyu-York moda həftəsinə damğasını vuran trendlərdən biri idi. London moda həftəsində isə yaş görünüşlü saçlar saç trendlərin zirvəsində yer almışdı.

"Julien Mcdonald" dəfiləsində yığılan saç stilləri sadə və düz idi. "Todd Lin" kolleksiyası isə kiçik dəyişikliklə təqdim olundu. Yandan ikiyə ayrılan saçların az hissəsinə tətbiq olunan nəmli görünüş, normal saç görünüşü ilə birlikdə istifadə edilib.

Qaz ayağı dırnaqlar: Dırnaq sənəti fantaziyaları dəb dünyasının diqqətini çəkməyə başlayıb. "J JS Li" dəfiləsində Katie Yan Hughesun köməyi ilə düzəldilən həyəcan verici dırnaqlar böyük rəğbət qazandı.Qara və ağ rənglərlə edilən qaz ayağı naxışı dırnaqlara fərqli bir gözəllik qatır.

Soyuq baxışlar: Qaş sümüyünün üzərinə tətbiq olunan soyuq tonlar payız və qış ayları üçün mükəmməl bir makiyaj təklifidir. Makiyaj ustası Sam Braynt "Johnrocha" dəfiləsində parıltılı və metalik tonlarını birlikdə istifadə edərək həyata keçirdiyi göz makiyajı 2014 payız-qış mövsümünün dəbdə olacaq trendlərindən biridir.

Todd Lin dəfiləsində gözün daxili və xarici guşələrinə çəkilən soyuq göz kölgələri diqqət çəkən məqamlardan biridir.

Ayrılmış saçlar: London moda həftəsinin saç trendləri siyahısının başında isə kəskin və dərin xətlərlə ayrılan saçlar yer alır. Daha öncə Nyu-York moda həftəsində qarşımıza çıxan bu saç stili ingilis dizaynerlərin də marağına səbəb oldu.

Daha tünd dodaqlar: Zoğalı tonları 2014 payız-qış mövsümünün önə çıxan makiyaj trendidir. London moda həftəsində üzərində rəngsiz parlatıcı olan zoğalı tonlarda dodaq makiyajı böyük rəğbət toplaya bildi. Makiyaj ustası Liza Eldridgein "Metyu Williamson" kolleksiyasında tətbiq etdiyi makiyaj bu mənzərənin ən yaxşı nümunəsidir.

Hörüklər: London moda həftəsində saç ustaları təbii və yumşaq hörükləri sevimli saç modelləri arasına salmağı bacardı. "Temperley" dəfiləsində nümayiş olunan yana atılan hörüklər bu mövsümün hörük dəbinə ən yaxşı nümunədir.

Saç lentləri: London moda həftəsinin saç trendlərindən biri də aşağıda toplanan at quyruğu saç modelləridir. Doğru aksessuarı istifadə edərək bu saç stilinə fərqlilik bəxş edə bilərsiniz.

Həcmli at quyruğu modelləri Con Rocha defilesində daha çox rast gəlinridi, Roksanda Ilinic isə öz defiləsində saç lentlərindən istifadə edərək bu saç trendini favoritlər sırasına salır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm