• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Hermes" çantası rekord qiymətə satıldı

"Hermes" çantası rekord qiymətə satıldı

Fransız moda evi "Hermes" yenidən hərraclar tarixinə düşüb. Dallasda "Heritage Auctions" hərrracında Birkin modeli 185 min dollara satılıb.

Tabloid.az "buro247.az" -a istinadən xəbər verir ki, timsah dərisindən və qızıldan olan metal detallı və ümumi çəkisi 9,84 karat olan 242 brilyantla bəzəzdilmiş Birkin çantası hərraclar tarixində ikinci ən bahalı çanta olub. Alıcı adının açıqlanmamasına üstünlük verib. Hərracda ümumi olaraq, Hermes, Chanel, Louis Vuitton və digərləri də daxil olmaqla, 480-dən çox çanta satılıb.

Qeyd edək ki, bundan əvvəl 2011-ci ildə qırmızı rəngli timsah dərisindən olan, brilyant bağlı digər Birkin çantası 203 min dollara satılmışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR