Ən seksual qadınlar vəhşi obrazda - Fotolar
Bizi izləyin

Tabloid.az

Ən seksual qadınlar vəhşi obrazda - Fotolar

Ən seksual qadınlar vəhşi obrazda - Fotolar

Zoğalı pomada bütün qaydaları çeynəyərək öz azadlığını elan edib!

Havaların soyuması münasibəti ilə bu rəng öz hakimiyyətini elan edir. Belə ki, payız-qış mövsümünə həsr olunan dəfilələrdə dizaynerlər zoğalı tonlarına böyük yer vermişdilər. Podiumda da modelləri ən çox müşayiət edən rənglərdən biri zoğalı oldu. Bəzi markalar onun qırmızıya çalan rəngini istifadə etmişdi, bəziləri isə onların qaraya yaxın rənglərini seçmişdi. Bunların ən gözəlinin hansı olduğu zövqə görə dəyişir. Amma qəti olan bir şey varsa, o da bu qış dodaqların şərab rənginə çevrilməsidir. Bu rəng qadınları çox cazibədar göstərməkdən əlavə, vamp obraza bürünməyə kömək edir. Bir sözlə, şərab rəngli dodaqlara qadınlara vəhşi gözəllik bəxş edir.

Sadəliyin getdikcə ön plana keçdiyi və bu qanunun makiyaj meyillərinə də təsir etdiyi zamanda tünd qırmızı pomada bütün bu qaydalara qarşı gələrək öz azadlığını elan edib.

Qadın gözəlliyini vurğulayan ən əhəmiyyətli detal dodaq boyalarıdır. Dodaq boyaları illər keçdikcə podiumlarda geyimlər qədər hakim olmağı bacarıb.

Payız-qış podiumlarında nümayiş olunan tünd qırmızı pomada çox sevildi. Cennifer Lopez, Rihanna, Emma Stoun kimi ulduzların gözəllik sirrinin bir nömrəli məhsulu halına gəlib.

Zoğalı pomada düzgün istifadə edildiyi təqdirdə cəsarətli və nəcib bir mövqe nümayiş etdirir. Səhv istifadəsi isə insanlarda istehza yarada bilər.

2-507.jpg

Doğru rəngi tapdıqdan sonra onun düzgün istifadəsinə nəzər salmaq lazımdır. Tünd dodaq boyaları hər dodaq quruluşuna və üz tipinə uyğun gəlmədiyi üçün istifadə etmək üçün çətin rənglərdir. Dodaq boyasının daha qalıcı olması üçün seçdiyiniz pomada rəngində eyni dodaq qələmindən yararlanmaqda da fayda var.

Zoğalı pomada istifadə etdikdə göz makiyajı arxa planda qalmalıdır, bu pomada ilə pastel tonlarda makiyaj istifadə etmək daha doğrudur.

1-874.jpg

Oxumağa davam et
Reklam
Reklam

Gündəm