• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kişi stilində yolverilməz kobud səhvlər

Kişi stilində yolverilməz kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək təkcə qadınlara məxsus xüsusiyyət deyil. Baxımlı kişilər dəb trendlərinin izi ilə gedir. Lakin kişilər arasında dəbi izləməyən, ilin bütün fəsillərində eyni tərzə üstünlük verənlərin sayı daha çoxdur. Tabloid.az kişilərin stildə yol verdiyi kobud səhvlərin siyahısını təqdim edir:

Çox rəng: Maksimum 3 rənglə kifayətlənin. Şalvar boz, köynək qırmızı, ayaqqabı qəhvəyi, palto da qonur olanda çox pis görünür. Çalışın ala-bəzək tutuquşuya dönməyin.

Çoxqatlı: Bunu həm qocalar, həm gənc oğlanlar, həm də orta yaşlı kişilər edir. Bəziləri az qalır ki, şkafda nə varsa, hamısını geysinlər. Futbolka, köynək, sviter, jiletka, sonra da pencək. Hamısı da bir-birinin altından çıxır. Soyuqdursa, isti kurtka geyinmək daha məqsədəuyğundur. Kələm kimi üst-üstə geyinməklə özünüzü gülüş hədəfinə çevirmiş olursunuz.

Köhnə ayaqqabı: Əgər əşya öz ideal görünüşünü itiribsə, onu tullamaqdan çəkinməyin. Çoxları köhnə, rahat, ayağın formasını almış ayaqqabılarına elə öyrəşir ki, onları atmağa əli gəlmir.

Aksessuarların yanlış seçimi: Kişilər yadda saxlamalıdır ki, qalstuk, portfel, qayış, saat bizim haqqımızda çox şeyi deyir. Bu cür detallara fikir verməyə çalışın. Yalnız bir aksessuar parlaq rəngdə (və ya kostyumun fonunda seçilə) ola bilər. Başdan ayağa rəngli paltar və aksessuarda müxtəlif şəkil və naxışların olması da yolverilməzdir. Özü də aksessuarlar lap çox olmamalıdır, yoxsa qaraçı baronuna oxşayarsınız.

Həddindən artıq ətir: Bəzən yaxşı ətir qoxusu saçmaq istəyən kişilər bütün flakonu üstlərinə səpirlər. Onlar hesab edirlər ki, bu yolla ətir daha qalıcı olur. Halbuki, bununla həm paltarı xarab edir, həm də kişi ətirlərinin qoxusu çox tünd olduğu üçün ətrafdakıları əsəbiləşdirirlər. Ətrin daha qalıcı olmasını istəyirsinizsə, keyfiyyətli ətir alın.

Şalvarın yanlış ölçüsü: Adam bəzən öz-özünə sual verir ki, kişilərin gözü var ya yox? Ya şalvarlar döşəməni süpürür, ya da çox dar olur. Dar şalvarlar qadın siluetini vurğuladığı üçün gözəl görünür. Kişilərdə isə bu heç xoşagələn deyil. Həm də sağlamlığa ziyandır.

Hündür bel: Bəzən də şalvarı yuxarı çəkir, göyün yeddinci qatına qoyurlar. Başa düşmürlər ki, onda klouna oxşayırlar.

Aksessuarları kəmərdə gəzdirmək: Kəmərə mobil telefon, kiçik çanta, pulqabı taxmaq ciddi adama yaraşmır.

Uyuşmayanı uyuşdurmaq: Kişilərin çox dəbli görünmək arzusu zövqsüzlüklə nəticələnə bilər. Maraqlı görünmək istəyirsinizsə, zövqlü geyinən məşhur kişilərdən nümunə götürün.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR