Flora Kərimova: “Onu şantaj edirlər”
Bizi izləyin

Tabloid.az

Flora Kərimova: “Onu şantaj edirlər”

Bütün İslam aləmi kimi Azərbaycanda da Qurban bayramı qeyd olunacaq.

Bütün İslam aləmi kimi Azərbaycanda da Qurban bayramı qeyd olunacaq.

Tabloid.az xəbər verir ki, hər zaman qalmaqallarla gündəmdə qalmağa can atan müğənnilərimiz gələn ay bir sıra xeyriyyə konsertlərində iştirak edəcəklər.

Xalq artisti Flora Kərimova da həmçinin. Xalq artisti bizimlə söhbətində belə bir gündə Allah yolunda qurban kəsib, ehtiyacı olanları sevindirəcəyini deyib.

Daha sonra isə onu narahat edən bir məqama toxunub. Deyib ki, konsert təşkilatçıları xeyriyyə xarakterli proqramları həyata keçirərkən müğənnilərə qonorar ödəməlidir:

“Sənət adamlarını konsertlərə qonorarsız çağırırlar. Halbuki onlara qonorar ödənilməlidir. Hətta xeyriyyə konsertlərinə belə müğənnini çağıranda ona qonorar verilməlidir. Hər hansı bir layihədə pul olduğu halda, qonorarı özlərinə saxlayırlar Sənət adamı da heç nə deyə bilmir. Çünki deyəcəklər ki, konsert xeyriyyə xarakterlidir. Mən bir-iki dəfə şahidi olmuşam ki, müğənninin haqqını ciblərinə qoyublar. Xeyriyyəçilik məqsədilə verilən konsertlərdən əldə olunan gəlirin yüzdə biri bəlkə hədəfə çatır. Əgər sən xeyriyyə konserti verirsənsə, mən də pulun lazımi adamlara çatmasında iştirak etməliyəm. Əgər mənə qonorar verirlərsə, könüllü həmin pulu bağışlaya bilərəm. Amma pulun lazımi adama çatmasında mən və ya digər sənətçi iştirak etməlidir”.

“Bir də görürsən ki, sənətçini şantaj edirlər. Konsert verməsən, bu olar, o olar... Artist də elədir ki, nə desən yapışdırmaq olur. Müğənnilər qorxurlar. Çünki onlar hərdən Xocalı soyqırımında, Ağdamın işğalı günündə konsert verirlər”- deyə söhbətinə davam edən xalq artisti daha sona bunları deyib:

“Müğənnilər bunu bilərəkdən etmirlər. Sadəcə, həmin təqvim onların yadında qalmır. Gedirlər, oxuyurlar. Sonra da media bunları alır ağzına ki, sən bunu elədin. Təbii ki, itkilərimizin tarixini mütləq bilməliyik. Amma elə olur ki, yadda qalmır... Bax, mənim yadımda qalmır. Bir yerə gedəndə, 50 dəfə soruşuram ki, bu gün nəsə önəmli tarixdirmi? Şuşanı, Ağdamı, Xocalının işğal tarixlərini bilirəm, amma bəziləri yadımdan çıxıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm