Gənc müğənnidən yeni klip - Video
Bizi izləyin

Tabloid.az

Gənc müğənnidən yeni klip - Video

“Xalq ulduzu” yarışmasındakı iştirakından sonra yaradıcılığında durğunluq yaşanan müğənni Zaur Həsənov yenidən səhnəyə qayıdıb.

“Xalq ulduzu” yarışmasındakı iştirakından sonra yaradıcılığında durğunluq yaşanan müğənni Zaur Həsənov yenidən səhnəyə qayıdıb.

Tabloid.az xəbər verir ki, ifaçı mətbuat konfransı keçirərək, “Səni həm sevəcəyəm, həm unudacağam” adlı yeni klipini təqdim edib.

Sənət dostlarını və media nümayəndələrini bir araya toplayan müğənni klip haqda təəssüratlarını bölüşüb:

“Bu mənim ifaçı kimi ilk klipimdir, həm də rejissorun ilk işidir. Klip mənə yaxın dostum tərəfindən hədiyyə olunub. “Xalq ulduzu” müsabiqəsindən sonra maddi çətinliklərim və şəxsi həyatımda problemlər oldu. Sənətdən uzaqlaşdım. Artıq sənətimlə məşğul olmağın vaxtıdır. Türk sənətçilərini çox dinləyirəm. Bəlkə bu səbəbdən ifamı Alişana bənzədirlər”- deyə sənətçi bildirib.

“Səni həm sevəcəyəm, həm unudacağam” adlı mahnının musiqisi Ruslan Səfəroğluna, sözləri isə Samir Əfşəroğluna məxsusdur. Paytaxt məkanlarından birində çəkilən klipin süjet xətti sevgidən bəhs edir.

Təqdimat zamanı qonaq kimi dəvət olunan müğənnilər arasında mübahisə yaşanıb. Gənc müğənni Elvin Mirzəzadənin Albert Eynşteyndən misal gətirməsi ortalığı qarışdırdı : “Hər bir tənqidin arxasında gizli paxıllıq və aşkar heyranlıq var”.

Dəvət olunan başqa sənətçilər Lamiyyə Novruzova, Aysel Əlizadə, İbrahim Borçalı və “Cahan qrupu” nun solistləri onun bu fikri ilə razılaşmadılar. Lamiyyə açıqlamasında bildirdi ki, bütün müğənnilər yerində edilmiş tənqidə normal yanaşmalıdırlar.

Sakit təbiətli Zaur tədbirdəki mübahisəni canlı oxuması ilə sakitləşdirdi.

Qeyd edək ki, səbəbkarı təbrikə həmçinin sənət dostları Vüsal Əliyev, Afaq Aslan, Sevinc Ağaşirinova, Elgün Hüseynov da təşrif buyurmuşdular.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm