• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Cem Yılmazdan 7 milyonluq iddia - Fotolar

Cem Yılmazdan 7 milyonluq iddia - Fotolar

Türkiyənin ən məşhur komediya ustası Cem Yılmaz yeni filmi “Pek Yakında”nın rekord qıracağını iddia edib. O, yeni filminin Şahan Gökbakarın “Receb İvedik 4” filminin 7 milyonluq izləyici rekordunu yeniləyəcəyini bildirib.

Cem Yılmaz "7 milyon mümkünsüz bir rəqəm deyil. “Pek yakında” bu rəqəmi keçə bilər”, - deyib. Bu sözlər rəqibi Şahan Gökbakarı əsəbiləşdirib.

“İnstagram”da Türkiyədə ən çox izlənilən 5 kinonun siyahısını paylaşan Şahan şəklin altına bu sözləri yazıb:

"Türkiyənin ən çox izlənilən 5 filmindən 3-ü mənimdir? Ola bilməz! Mənə buna layiq gördüyünüz üçün təşəkkürlər. Qısqananların, paxıllıq edənlərin dillərini kəsdiyiniz üçün və ən əsası mənə verdiyiniz sevgi üçün hamınıza minnətdaram. Çempiona hörmət edin".

Qeyd edək ki, Cem Yılmazın “Pek yakında” adlı yeni filmi oktyabrın 3-ü tamaşaçılara təqdim olunacaq.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR