"Balmain" moda evinin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Balmain" moda evinin yeni kolleksiyası - Fotolar

"Balmain" moda evinin yeni kolleksiyası

Deyəsən, Olivye Rusten 2015 yaz-yay mövsümündə rəssam Pit Mondrianı xatırlatmağa, ya da məktəbdə həndəsə dərsindən öyrəndiyi darıxdırıcı fiqurları əlvan yaz rənglərə boyayaraq geyimlər üzərində tətbiq etməyə qərar verib. "Balmain" moda evinin nümayişində modellər sanki uşaq otağındakı sandıqçadan çıxan və parıltılı laklarla boyamış oyuncaqlara bənzəyirdilər.

Kolleksiyanın əsas rəngləri Mondrianın Pitinin rəsmlərində istifadə etdiyi ağ, qara, qırmızı, göy, sarı rəng palitrası əsasında hazırlanmışdı.

Həndəsi xətləri və kvadratları toplarda, pencəklərdə, yubkalarda görmək olar. Parlaq rəngli pencəklərin və jiletlərin çiyinlərini və kənarlarını qara qalın konturlar haşiyəyə alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm