İlin ən yaxşı kosmetik vasitələri bəlli oldu! - Fotolar
Bizi izləyin

Tabloid.az

İlin ən yaxşı kosmetik vasitələri bəlli oldu! - Fotolar

Alış-veriş etmədən öncə mütləq oxuyun!

Məşhur “Glamour” jurnalı 2014-cü ilin ən yaxşı gözəllik və kosmetika vasitələrini seçib. Siyahıda dünya ulduzlarının istifadə etdiyi lüks brendlərin məhsulları ilə yanaşı, məşhur vizajist və kosmetoloqların keyfiyyətini yüksək qiymətləndirdikləri sərfəli qiymətə satılan kosmetik vasitələr də yer alıb.

Ən yaxşısına layiq olduğunuzu düşünürsünüzsə, alış-verişə çıxmadan öncə yazımızı oxuyun.

Əvvəlcədən qeyd edək ki, bəz məhsullar “Glamour”un siyahısında ilk dəfə yer alıb, bəziləri isə illərdir ki, bu siyahıdadır və qadınların dəyişilməz gözəllik sirri olaraq qalırlar.

Ən yaxşı tonal krem

Sərfəli qiymətə: “L'Oréal True Match” tonal krem beşinci dəfədir ki, “Glamour”un “ən yaxşılar” siyahısına düşə bilib. Dəri rənginə tez uyğunlaşan bu tonal kremin rəng çalarları da çoxdur. Bu da sizə ən uyğun olan çaları tapmağa kömək edir.

Lüks: Üzdəki qüsurları gizlədən və üzə qüsursuz hamarlıq bəxş edən “BareMinerals Original Fondöten” 10-cu dəfədir ki, siyahıda yer alıb. Bu tonal krem üzdəki yağı əmir, pudra və korrektorun da vəzifəsini öz üzərinə götürür.

Yaşlanmanı dayandıran ən yaxşı zərdab

Sərfəli qiymətə: Gecə və gündüz davamlı olaraq istifadə etdikdə üzdəki xırda qırışları aradan qaldıran və üzü hamarlaşdıran “Olay Regenerist Regenerating Serum” 3-cü dəfə siyahıya daxil ola bilib.

Lüks: Körpə dərisi kimi hamar və qüsursuz üz vəd edən “Estée Lauder Advanced Night Repair II Serum” adlı zərdab da siyahıdadır. Bu məhsul siyahıya 4-cü dəfə daxil olub.

Ən yaxşı dodaq boyası

Sərfəli qiymətə: Rəngli qutusu, rəng çalarları və dodaqları nəmləndirən tərkibinə görə “Maybelline Baby Lips” dodaq boyaları ilin ən yaxşısı seçilməyə layiq görülüb. Bu dodaq boyaları artıq 2-ci dəfədir ki, ən yaxşı seçilir.

Lüks: Davamlılığı və rəng çalarlarının möhtəşəmliyinə görə “MAC” dodaq boyaları “Glamour”un siyahısına 2-ci dəfə daxil olmağı bacarıb.

Ən yaxşı tuş

Sərfəli qiymətə: Kirpikləri tək-tək ayıran və möhtəşəm uzunluq bəxş edən “Maybelline Great Lash” tuş 10-cu dəfə siyahıya daxil olub.

ks: Gözlərə qüsursuzluq bəxş edərkən təbiiliyi də vurğulayan “Benefit They’re Real” tuş 2-ci dəfə siyahıya daxil olan növbəti kosmetik vasitə olub.

Ən yaxşı ənlik

Sərfəli qiymətə: Möhtəşəm rəng çalarları və üzə təbii görüntü bəxş etməsi səbəbindən siyahıya 10-cu dəfə daxil olmağa layiq görülən ənlik “CoverGirls” brendinin məhsulları olub.

Lüks: Yumşaq teksturası və təbii parlaqlıq verən tərkibinə görə “Nars” brendinin ənlikləri 6-cı dəfə siyahıda yer alıb. Bu ənliklərin xüsusilə də “Orgasm” adlanan çaları dünya ulduzlarının vaz keçilməzləri arasındadır.

Ən yaxşı nəmləndirici

Sərfəli qiymətə: Dərini həm nəmləndirən, həm də Günəşin zərəli şüalarından qoruyan “Olay Complete All Day Moisturizer SPF 15” ən yaxşı nəmləndirici seçilib.

Lüks: “Clinique” firmasının klassikləşən nəmləndiricisi “Clinique Dramatically Different Moisturizing Lotion+” 10-cu dəfə siyahıya daxil olmağa layiq görülüb.

Ən yaxşı göz kremi

Sərfəli qiymətə: Göz altı torbalarını və qaraltını aradan qaldırmaq və qırışlarla mübarizə etmək üçün ideal vasitə olan “Roc Retinol Correxion Eye Cream” bu siyahıya ilk dəfə daxil olub.

Lüks: “Möcüzəli krem” adlandırılan “Clinique All About Eyes” kremi gözaltı qaraltıları və şişlikləri aradan qaldırdığı üçün siyahıya 9-cu dəfə daxil ola bilib.

Ən yaxşı ətir

“Juicy Couture Viva La Juicy” ətri çiyələk, naringi, limon, yasəmən qoxularının möhtəşəm harmoniyasından yaradıldığı üçün siyahıya 2-ci dəfə daxil edilib.

Ən yaxşı dırnaq boyası

Sərfəli qiymətə: davamlılığı, tez quruması və dırnaqları qidalandırması “Sally Hansen Complete Salon Manicure” dırnaq boyalarını əvəzolunmaz edir. Elə buna görə də bu dırnaq boyaları 3-cü dəfə siyahıda yer almğa layiq görülür.

Lüks: Dırnaqda 1 həftədən çox qalan və çəkilərkən 1-2 dəqiqəyə quruyan “O.P.I” brendinin dırnaq boyaları 5-ci dəfə siyahıda yer alıb.

Ən yaxşı saç lakı

Sərfəli qiymətə: Saçı kobudlaşdırmadan və yağlandırmadan, saatlarla qalan və küləyin saçın formasını pozmağa imkan verməyən “L'Oréal Paris Elnett Satin” saç spreyinin adını siyahıda ilk dəfə görürük.

Lüks: Saçların parlaq və sağlam görünməsini təmin edən və fendən istifadə edərkən saç tellərini yanmaqdan qoruyan “It's a 10 Miracle Leave-in Product” saç spreyi də siyahıya ilk dəfə daxil edilib.

Ən yaxşı bədən losyonu

Sərfəli qiymətə: Dəriyə tez nüfuz edən və ən quru dəri tipini belə nəmləndirməyə nail olan qidalandırıcı “Aveeno” brendinin losyonları 3-cü dəfə “ən yaxşı” seçilib.

Lüks: “Bath&Body Works” bədən losyonu dərini nəmləndirərkən möhtəşəm qoxu da bəxş edən formulu ilə siyahıya 9-cu dəfə daxil olmağa layiq bilinib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm