Səhər yeməyi üçün qeyri-adi və dadlı buterbrodlar – Reseptlər
Bizi izləyin

Tabloid.az

Səhər yeməyi üçün qeyri-adi və dadlı buterbrodlar – Reseptlər

Tabloid.az səhər yeməyi üçün qeyri-adi, dadlı buterbrod reseptlərini təqdim edir:

Tabloid.az səhər yeməyi üçün qeyri-adi, dadlı buterbrod reseptlərini təqdim edir:

İnqrediyentlər:

16 dilim ağ tost çörəyi

8 dilim hisə verilmiş vetçina

1-2 ədəd pomidor

200 qram göbələk

4 yumurta

100-150 qram pendir

Qızartma üçün 1 xörək qaşığı kərə yağı

Duz, istiot, göyərti

8 dilim çörəyin içini – yumşaq hissələrini kəsin. Nazik haşiyəli, içi boş dördbucaq çörək alınmalıdır.

8 dilim çörəyi düzün, onlardan 4-nün üzərinə içi boş olan çörəkləri qoyun. İçərisinə öncədən qızardılmış göbələk və sürtgəcdən keçirilmiş pendirlə doldurun.

Yerdə qalan 4 parça çörəyin hər birinin üzərinə 2 dilim vetçina qoyun.

Qalan 4 dilim içi boş çörəyi onun üzərinə qoyun. Həmin boşluğa dilimlənmiş pomidor qoyun və hər birinin üzərinə bir yumurta vurun. Duz, istiot vurub sobada bişirin.

Buterbrodları 180 dərəcə qızdırılmış sobada yumurta bişənə və pendir əriyənə qədər bişirin.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm