"Nina Ricci" moda evinin şəfqət və sevgi dolu kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

"Nina Ricci" moda evinin şəfqət və sevgi dolu kolleksiyası - Fotolar

"Nina Ricci" moda evinin yeni kolleksiyası

İkinci dünya müharibəsindən sonrakı illər həm dünyada, həm də bir çox sahələrdə, o cümlədən, moda sənayesində xoş xatirələrlə yadda qalmayıb. Lakin "Nina Ricci" yeni kolleksiyası üzərində işləyərkən məhz həmin onilliyə yollanıb, təəccüb görünsə də, geyimlər çox yüngül və parlaq alınıb.

"Nina Ricci"nin kreativ direktoru Piter Koppinq yeni kolleksiya üzərində işləyərkən, 40-cı illərin dəbinə müraciət edib. O dövrlərdə Parisdəki məşhur moda evlərinin bir çox dizaynerlərindən fərqli olaraq, "Nina Riçi"nin banisi işğal zamanı şəhəri tərk etmir, hətta müharibə illərində də ona sadiq qalır. Müharibə başa çatandan sonra o, digər moda evlərinin komandası ilə birlikdə pop-ulduzlar kimi dünya turnesinə yollanırlar. Onlar özləri ilə birlikdə müxtəlif şəhər və ölkələri gəzərək başdan ayağa qədər öz moda evlərinin ən məşhur dəstələri geyindirilmiş kuklalar kolleksiyasını aparırdılar. Onun yeni kolleksiyasına nəzər salanda podiuma çıxan modellərin həmin gəlinciklərə bənzədiyini görə bilərik.

Onların üzərində, əlbəttə ki, keçmişin dəbdəbəli tualetləri deyil, siluet və biçimi ilə 40-cı illəri xatırladan kifayət qədər modern kostyum və təravətli rənglərdən ibarət geyimlər var idi. Kolleksiyanın əsas rəngləri çəhrayı, ağ, sapsarı, dolğun qəhvəyi və bir də onsuz heç bir moda evinin kolleksiyasiyasını təsəvvür edə bilmədiyimiz qara rəngləridir. Yeri gəlmişkən, "Moda Teatrının" turnesinə "Nina Riçi" öz kuklaları üçün məhz qara paltarın mini-versiyasını yaradıb.

Tabloid.az Nina Ricci moda evinin yeni kolleksiyasını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm