"Payız melodiyası" piroqu - Resept
Bizi izləyin

Tabloid.az

"Payız melodiyası" piroqu - Resept

Tabloid.az dadı damağınızdan getməyəcək “Payız melodiyası” piroqunun reseptini təqdim edir:

Tabloid.az dadı damağınızdan getməyəcək “Payız melodiyası” piroqunun reseptini təqdim edir:

İnqrediyentlər:

Buğda unu 2 stəkan

Şəkər tozu 1,5 stəkan

Kərə yağı 180 qram

Yumurta 5 ədəd

Qabartma tozu xəmir 1 çay qaşığı

Kəsmik (yağlılığı 2-9%) 750 qram

3 ədəd meyxoş alma

Nişasta 4 çay qaşığı

Darçın - 1 çay qaşığı

Bir çimdik duz

Hazırlanma qaydası:

Bir yumurtanı yarım stəkan şəkər tozu ilə qarışdırın. Otaq temperaturunda yumşalmış yağı töküb bu kütləyə əlavə edin.

Un və qabartma tozu əlavə edin.

Xəmirə bir çimdik duz da əlavə edib yoğurun. 30 dəqiqə soyuducuda saxlayın.

Yağlanmış soba tavasına bərabər ölçüdə xəmiri yayın. Nazik lay olmalıdır.

Kəsmikli iç üçün şəkər, nişasta və yumurtanı qarışdırın. Bu kütləni xəmirin üstünə tökün.

Almanın qabığını soyun, özəyini çıxardın və nazik doğrayın.Almaları kəsmik kütləsinin üzərindən düzün, üzərinə darçın səpin.

180 dərəcə temperaturda sobada təxminən 40 dəqiqə bişirin.

Piroqu sobadan çıxdıqdan sara mütləq soyumasını gözləyin, əks halda kəsmik formasını dəyişə bilər.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm