Yorğunluqla mübarizənin ən dadlı və asan yolları
Bizi izləyin

Tabloid.az

Yorğunluqla mübarizənin ən dadlı və asan yolları

Yorğunluqla mübazrizənin ən dadlı və san yolları

Gərgin iş, stress, ev və məişət qayğıları insanı yorğun və halsız edən səbəblərdəndir. Bəs yorğunluğa qalib gəlmək üçün nə etməliyik? Tabloid.az yorğunluqdan xilas olmağın, həmçinin xəstəliklərə qarşı bədən gücünü bərpa etməyin 7 yolunu təqdim edir:

Su nəinki suzuzluğu yatırmaq və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, həm də makro qidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır.

Dəmir insanın bədəni üçün çox vacib elementdir. Orqanizmin gündəlik 18 mq-a dəmirə ehtiyacı var. Bu, bədəndə oksigenin daşınmasına kömək edir. Ətsiz qidanlamağa başlayanda, dəmir əksikliyi özünü göstərməyə başlayır. Dəmir ətlə yanaşı tərəvəzlərdə, meyvələrdə olsa da, ətlə bədənə daha çox ötürülür.

Sink də orqanizmin gündəlik tələbat duyduğu maddədir. İnsan orqanizminin gündəlik 10 mq sinkə ehtiyacı var. O, metabolizmanı tənzimləyir. Böyümə və inkişafda, yaraların sağalmasında, immunitetin güclənməsində, göz sağlamlığında önəmlidir. Dəniz məhsulları, ətlər, quru paxlalılar və göbələk sinkin əsas mənbəyidir.

Maqneziuma olan gündəlük tələbat 320 mq-dır. Bədənin enerjisi, əzələ və sinir sistemi üçün vacibdir. Əgər maqnezium çatışmazlığı olarsa, bu, böyümənin ləngiməsinə, narahatlığa, əsəbilik və əzələlərin fəaliyyətində fəsadlarla özünü biruzə verə bilər. Günəbaxan tumu, balqabaq toxumu, badam, brokkoli, kartof, lobya, ət, süd, balıq, paxla, şokolad maqnezium qaynağı hesab edilir.

Kaliuma olan gündəlik ehtiyac isə 3.5 qramdır. Normal ürək döyüntüsü, qan təzyiqinin tənzimlənməsi, əzələlərin hərəkəti üçün kalium çox önəmlidir. Bu maddə tərləyəndə, maye və mineral müvazinətini saxlayır. Kifayət qədər meyvə-tərəvəz qəbul etməyəndə, onun çatışmazlığı hiss edilməyə başlayır. Portağal şirəsi, kartof, qovun, banan, alça, quru meyvələr, süd kalium mənbəyi hesab edilir.

E vitamininə olan gündəlik tələbat 15 mq-dir. E vitamini ürək xəstəliklərindən qoruyur və yaxşı antioksidandır. İmmuniteti gücləndirir. Yağların tərkibində olur. Bunun üçün də gündəlik qida rasionunda mütləq yağ olmalıdır. Bitki yağları, günəbaxan tumu, yer fıstığı, yaşıl tərəvəzlər E vitamini ilə boldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm