Xatirə: “Az qalırlar məni tapdalayıb öldürsünlər”
Bizi izləyin

Tabloid.az

Xatirə: “Az qalırlar məni tapdalayıb öldürsünlər”

Müğənni Xatirə qəzəblənib.

Müğənni Xatirə qəzəblənib.

Onu əsəbiləşdirənsə ətrafında olan insanların təkəbbürlü davranışı və özlərindən hədsiz razılığıdır.

- Necəsən, Xatirə, dünən efirdə çox qəzəbli görünürdün. Səni kim belə əsəbiləşdirib?

- Ətrafdakı insanlar. Avtomobillə çəkilişə gedirəm, az qalırlar məni tapdalayıb öldürsünlər. İnsanlar o qədər harınlaşıb ki, bir ucuz maşın görəndə az qalırlar onu əzsinlər, üstündən keçib sürsünlər. Keçən dəfə məni də az qaldılar tapdalasınlar, heç fikir vermirlər e, baxıb görsünlər ki, içindəki Xatirədir. Amma məni bahalı maşında görəndə az qalırdılar qarşımda baş əysinlər.

- Sənin ki avtomobilin bahalıdır?

- Yox, artıq 20 gündür ki, öz avtomobilimi sürmürəm, başqa ucuz maşınla gedib-gəlirəm. İnan ki, insanların belə münasibətini görəndə dəhşətə gəlirəm. Nə olar ucuz maşın sürəndə, onda elə adamı tapdalayıb keçərlər? İnsan sadə olmalıdır, bahalı maşın da sürsə, ucuz maşın da sürsə. Mənim həyat yoldaşım o qədər sadə oğlandır ki, çox vaxt işə metro, ya da avtobusla gedib-gəlir. Kefi istəyəndə velosipeddə gəzir. Hərdən mənə də deyir ki, gedək şəhərdə velosiped sürək. Deyirəm, sən nə danışırsan, mən şəhərdə velosiped sürsəm, arxamca siqnal verərlər, bütün camaat başıma yığılar. Yoldaşım Amerikada təhsil alıb, oranın mədəniyyətini götürüb, belə şeylərə adi baxır. Səhərlər bir də görürsən idman edir, şəhərdə qaçır. Sadəlik, vallah, gözəllikdir.

- Bahalı avtomobilini niyə sürmürsən ki?

- Onu satmaq istəyirəm. Amma yeni avtomobilimin də hansı markadan olacağını hələ dəqiqləşdirməmişəm. Amma mən ucuz maşın sürməkdən heç utanmıram da. Əsas olan insanın daxili mədəniyyəti və zənginliyidir. Lap maşınsız da gəzə bilərsən, o qədər maşınsız insanlar var ki... Son vaxtlar belə şeyləri görəndə dəli oluram. Deməli, mən ucuz maşında gəzirəmsə, mənə yuxarıdan aşağı baxmaq lazımdır? Həmin Xatirəyəm də. Belə şeyləri görəndə az qalıram buralardan çıxıb gedəm.

- Yox, heç yerə getməyin, sizi sevənlər çoxdur... Balaca necədir, baxa bilirsən?

- Baxıram, sağ olsun, anam da kömək edir. Çalışıram ev işlərini də yola verim, yaradıcılığı da. Bax indi səhər tezdəndən oyağam, uşağın yeməyini hazırlayıram, daha sonra televiziyaya canlı yayıma gedəcəyəm. Hamısını çatdırmalıyam. Hələ yoldaşıma yemək hazırlamaq, işə yola salmaq – hamısı mənim üstümdədir.

- İkinci dəfə ana olmaq barədə düşünmürsən ki?

- Planımda var, amma hələ ki yaxın vaxtlarda düşünmürəm. Qaqaş hələ böyüsün sonra. Çünki onun qayğısını çəkmək o qədər də asan deyil. Elə yoldaşım da ikinci uşaq olmasını arzulayır.

- Çəki də atmısan, buna necə nail oldun?

- Arıqlamışam e, amma hələ də istədiyim çəkini ala bilmirəm. Bu efir də elədir ki, nə qədər arıqlasam da, yenə məni kök göstərir. Efirə baxıram, özümü elə kilolu görəndə depressiyaya düşürəm. Evə gəlib deyirəm ki, daha dieta-zad saxlayan deyiləm, nə xeyri var. Özümə əziyyət verib, istədiyimi yeyə bilmirəm, amma nəticə etibarı ilə yenə də efirdə kök görünürəm. Gərək nə dərəcədə arıqlayım ki, efirdə istədiyim kimi görünə bilim. Həyatda məni görənlər deyirlər ki, Xatirə əməlli-başlı arıqlamısan, amma televiziyada çəkiliş vaxtı tam əksini görürlər.

- İstədiyin çəkini alanda, yəqin ki, stilində də dəyişiklik edəcəksən?

- Mütləq. Qarderobumda elə paltarlar var ki, baxa-baxa qalıram. Amma geyinə bilmirəm. İstədiyim kimi arıqlayanda o paltarları geyinib bir-bir göstərəcəyəm.

- Murad Arifin “Solo” verilişində dedin ki, iki küsülü müğənnini barışdırmısan, kimdir onlar?

- Yox, hələ adlarını deməyim, heç Murad da nə qədər israr etdi, adlarını demədim.

- Daha barışıblarsa, gizlətməyin nə mənası var?

- Çünki birini yola gətirmişəm, o biri hələ razılıq vermir. Amma verəcək. İkisi də sənət aləmində tanınmış məşhur müğənnilərdir. Barışıq baş tutandan sonra adlarını sənə mütləq deyəcəm.

- Yaxşı, özünün şou-biznesdə küsülü olduğun müğənni var?

- Yoxdu, hamısı ilə səmimi ünsiyyətim var, hamısının da ailə məclislərində iştirak edirəm. İstəmirəm kimsə kiminləsə küsülü qalsın, mehribançılıq gözəl şeydir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm