Slikon qadın sinələri haqqında inanılmaz faktlar - Fotolar
Bizi izləyin

Tabloid.az

Slikon qadın sinələri haqqında inanılmaz faktlar - Fotolar

Slikon qadın sinələri haqqında inanılmaz faktlar - Fotolar

Qadınlığın və analığın simvolu sayılan sinələr həm kiçik olanda, həm də böyük olanda başa dərd olur. Bəs siz qadınların üzünü güldürən, estetik cərrahiyyədə ən çox istifadə edilən sinə əməliyyatları və slikon sinələr haqqında nələr bilirsiniz? Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyəli cərrah və həkim Metin Kerem döş protezi istifadə edən qadınların sayının son 20 ildə 10 qat artdığını bildirib.

  • Markası, biçimi və həcmindən asılı olaraq, 2000-dən çox döş protezi mövcuddur. Hər döş protezinin özünə aid vəsiqəsi olduğu da deyilir.
  • Döş protezləri adının əksinə, döş toxumasının içinə deyil, toxumanın altında, döşlə heç bir əlaqəsi olmayan dərinliyə yerləşdirilir.
  • Bəzi qadınların döşləri simmetrik olmaya bilər və buna görə də bəzən sağ və sol döşə fərqli ölçüdə protez yerləşdirilir.
  • Döş protezi sallanmış döşü dikləşdirmək üçün deyil, döşlərin həcmini böyütmək üçün işlədilir. Döşləri dikləşdirmək üçün başqa bir əməliyyat həyata keçirilir.
  • Döş protezi qoyulduqdan sonra ultrasəs müalicəsində döş toxumasına baxmaq mümkündür.
  • Döş protezi qoyduran qadınların 50 faizini 19-34 yaş arası, 42 faizini 35-50 yaşarası, qalan 8 faizini isə 50 yaşdan yuxarı qadınlar təşkil edir.
  • Döş protezindən məmnun olanlar 93-97 faiz təşkil edir. Həm də aparılan araşdırmalara görə, döş protezi qadınların üzünü ən çox güldürən əməliyyatların başında gəlir.
  • İngiltərədə aparılan başqa bir araşdırmada slikonlu ananın südündə inək südündən daha az slikon maddəsi olduğu təsdiq edilib.
  • Əməliyyat izi təxminən 3,4-4 sm uzunluğunda, düz bir cızıq şəklində olur. Bu cızıq əməliyyatdan təxminən 6 ay sonra dəri ilə eyni rəngə çevrilir və nəhayət görünməz olur.
  • Döş böyütmə əməliyyatı təxminən 40-60 dəqiqə davam edir. Döş kiçiltmə əməliyyatı isə təxminən 3 saat davam edir.
  • Slikon protezlərdən başqa, liposaksiya yolu ilə bədəndən alınan yağlarla da döşlərin həcmini böyütmək olur.
  • Kanadada 11.676 qadın arasında aparılan araşdırma 13 il davam edib. Məlum olub ki, döş protezi olan qadınlar arasında xərçəngə tutulanların sayı azdır.Bu halın qadınların orijinal döş toxumasının kiçik olmasından irəli gəldiyi bildirilib.
  • Türkiyədə ən çox 250-300 cc ölçüsündə slikon protezə üstünlük verilir. (bir kola butulkasının həcmi 330cc)
  • Döş protezindən ancaq döşləri böyütmək üçün deyil, xərçəng, yanıq və doğuşdan sonra yaranan səbəblərdən dolayı döşlərini itirən qadınlar da istifadə edir.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm