Evli iş adamı ilə eşq yaşayan aktrisa: “Sevəndə kor oluram”
Bizi izləyin

Tabloid.az

Evli iş adamı ilə eşq yaşayan aktrisa: “Sevəndə kor oluram”

Özündən 22 yaş böyük sevgilisi ilə barışdı?

Türkiyənin ən gözəl qadınlarından biri sözsüz ki, Serenay Sarıkayadır. Gözəl bədən fiqurası, uzun və baxımlı saçları, hər qadına nəsib olmayan mənalı baxışları və xarici ulduzları xatırladan mükəmməl üz quruluşu ilə fərqlənən Serenay, elə bu gözəlliyinə görə 23 yaşında ən məşhur simalardan birinə çevrilib.

15 yaşında ingilis dilini bilmədiyinə baxmayaraq, Çexiya Respublikasına gedərək orada gözəllik yarışmasına qatılan və qalib gələn Serenayın Türkiyəyə qayıtdıqdan sonra da işləri uğurlu alınıb.

Serenay Sarıkaya resimleri

Arzusu modellik olan bu xanımı həyat özü aktrisalığa yönəldib. Bir filmin çəkiliş meydançasından təsadüfən keçən Serenay həmin filmdə rol almağa nail olub. Hər getdiyi yerdə diqqət çəkməsinin səbəbi gözəlliyi olsa da, o bunu şansla əlaqələndirir. 2010-cu ildə öz ölkəsində gözəllik yarışmasında iştirak etsə də, ikinci ola bilib. Bundan sonra teleyi ilə razılaşaraq modellikdən uzaqlaşıb və aktrisalıq barədə ciddi düşünməyə başlayıb.

Özündən 22 yaş böyük olan iş adamı Murat Süğlünlə yaşadığı eşq münasibəti və serialdakı tərəf müqabili Çağatay Ulusoyla sevgili olması onu gündəmdə saxlayıb. Son günlər həm seksuallığı, həm də rol bacarığı ilə gündəmi məşğul edən gözəl aktrisanı daha yaxından tanımaq istəyəcəyinizi düşünürük. Elə bu səbəbdən də “Şirin söhbət” layihəmizə Serenay Sarıkayanı qonaq edirik.

- Müsahibələrinin birində keçmişi çox düşündüyünü demisən. Keçmişində səni bu qədər narahat edən nədir?

- O mənada deməmişdim. Keçmişimi, haradan gəldiyimi, hansı çətinliklərlə üzləşdiyimi unutmadığımı demək istəmişdim.

- Maddi çətinliklərin olub?

- Əlbəttə, olub. Anamla yaşayıram, iki qadın həyatın çətin şərtləri ilə mübarizə aparmışıq. Anam mənim üçün öz həyatını fəda edib.

- Ananla atan nə vaxt ayrılıblar?

- 6 yaşım olanda. Mən anamla qalmaq istəmişəm. Atam hazırda Ankaradadır. Yenidən evlənib, arada görüşürük.

- Atasız böyümək həyatına necə təsir elədi?

- Bir qız uşağını atasız, tək başına böyütmək hər qadının bacara biləcəyi iş deyil. Ona görə də anamla qürur duyuram. Biz Antalyada yaşayırdıq. İstanbula gəlib, model olmaq istədiyimi dedim, anam “Nə istəyirsənsə, onu edək, həmişə sənin arxandayam”, dedi. Bir həftə keçməmiş İstanbula köçdük. Həyatı başa düşməyimdə, əyrini doğrudan seçməyimdə rolu böyükdür. Mən də onun kimi bir ana olmaq istəyərəm.

- İlk dəfə 15 yaşında filmdə rol aldın. O vaxtdan sonra da populyarlaşmağa başladın. Məşhur olmaq necə duyğudur?

- Arzum model olmaq idi. Amma aktrisalığı daha çox sevdim. Tanınmaq, şöhrət qazanmaq mənim üçün vacib deyil, əsas odur ki, sevdiyim işlə məşğulam.

- Hazırda rol aldığınız “Medcezir” serialının ssenarisi məşhur “THE O.C.” serialından təsirlənib. Belə işdə rol almaq daha asandır?

- Həm asandır, həm də çətin. Obrazı canlandırarkən xarici versiyasını izlədiyim üçün həm oradakı qıza oxşamağa, həm də oxşamamağa çalışıram. Serialın xarici versiyasını izləyənlər bizim işimizi onunla müqayisə edir və nəticədə daha çox işləməyə məcbur oluruq.

- Serialın yeni mövsümü üçün aktyor və aktrisalardan bəziləri arıqladı, bəziləri əzələlərini möhkəmlətdi. Sən necə hazırlaşdın?

- Mən həmişə yediyimə-içdiyimə diqqət edirəm. İdman etməyi də sevirəm. Əlavə nəsə eləməyə ehtiyac qalmadı. Sadəcə tətildə tənbəlləşmişdim. İş rejiminə alışmaq çətin oldu.

- Serialdaki tərəf müqabilin Çağatay Ulusoyla bir müddət eşq yaşadın, ancaq sonra ayrıldınız. Çağatayın ssenaridəki öpüşmə səhnələrinin çıxarılmasını istədiyi deyilir. Bu düzdür, yeni mövsümdə öpüşməyəcəksiniz?

- Bununla bağlı ssenaristimiz açıqlama verib. Hər şey yaxşıdır. Şəxsi həyatımla bağlı yazılanlar yalandır. Xoşbəxtik.

- Yəni Çağatayla barışmısız?

- Bunlar şəxsi həyata daxildir, ona görə cavab vermək istəmirəm.

- Murat Süğlünə geri qayıtdığınız deyilir.

- Ola da bilər, olmaya da bilər.

- Onda qayıdaq seriala. “Medcezir”də Mira varlı bir ailənin qızıdır, ancaq kasıb oğlanı sevir. Səncə həyatda belə bir şey mümkündür?

- Elə buna görə serial maraqla izlənilir. Çünki sevginin maddiyata deyil, ürəyə bağlı olduğunu göstəririk. Həyatda hisslərə önəm verən insanların sayı azalır. Kaş hamı ürəyinin səsini dinləyə bilsəydi.

- Bəs, sən heç nəyi olmayan bir adamla sevgili olardın?

- Mənim üçün pul, var-dövlət önəmli deyil. Amma hamı belə fikirləşmir.

- Səndən 22 yaş böyük iş adamı Murat Süğlünlə eşq yaşadın. Üstəlik, Murat Süğlün evlidir. Sənin boşanmaq üçün ona təzyiq etdiyini bildirdi. Onu həqiqətən sevirdin?

- Sevəndə gözlərim kor olur. Başqa heç nə deməyəcəm.

- Xəyallarından danış!

- Həmişə ailəmə baxa biləcək qədər pul qazanmaq istəmişəm. Bu arzuma qovuşmuşam. Başqa böyük xəyallarım yoxdur.

- Bu qədər populyar olmağında gözəlliyin nə dərəcədə rol oynayıb?

- Məncə gözəllik heç nəyi həll etmir. Əvvəllər gözəllik önəmli idi. Ancaq artıq türk izləyicisi daha təcrübəlidir və gözəllik onları razı salmaq üçün kifayət etmir. Aktrisa öz üzərində işləməli, inkişaf etməlidir.

-Çirkin olsaydın, hazırda “Medcezirdə”də rol ala bilərdin?

- Bəlkə bu serialda yox, ancaq başqa serialda özümə uyğun rol tapa bilərdim.

- Səncə seksualsan, yoxsa məsum?

-Yerinə görə, hər ikisi də var məndə.

- Ən çox nədən qorxursan?

- Zehnimdə azmaqdan.

- Özünü ən çox harada xoşbəxt hiss edirsən?

- Hər anın dadını çıxaranda.

- İnsanlar səninlə bağlı nəyi yanlış bilirlər?

- Elə bilirlər ki, özümü çox bəyənirəm. Ancaq ekranda gördüklərinə inanmasınlar.

- Sənin üçün gözəl qadın kimdir?

- Özünü sevən bütün qadınlar gözəldir.

- Bədənində bəyənmədiyin, qüsurlu hesab elədiyin bir yer var?

- Yoxdur.

- Kişilərin səni bəyənməsi nə dərəcədə önəmlidir?

- Məni bəyənməsələr dərd eləmərəm. Belə qayğılarım yoxdur. Ancaq baxımlı olmağı sevirəm.

- Fanatlarınla əlaqən necədir?

-Bəziləri mənə “Nutellam” deyirlər. Bu ləqəbimə çevrilib. Çox xoşum gəlir “Nutellam” sözündən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm