• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan oğlanlar arasında keçirilən model müsabiqəsində təmsil olunacaq- Fotolar

Azərbaycan oğlanlar arasında keçirilən model müsabiqəsində təmsil olunacaq- Fotolar

Dünyada oğlanlar arasında keçirilən ən məşhur gözəllik müsabiqəsi olan “Mister İnternational” yarışmasınının azərbaycanlı təmsilçisi məlum olub.

Bu haqda tabloid.az saytına müsabiqənin təşkilatçısı Aqil Məmiyev məlumat verib.

Təşkilatçı açıqlamasında bildirib ki , Azərbaycan üzrə təşkilat komitəsinin birgə rəyinə əsasən, Əli Zahirli seçilib. O, yarışmada iştirak etmək üçün oktyabrın əvvəlində Cənubi Koreyanın paytaxtı Seul şəhərinə yola düşəcək.

A.Məmiyevin sözlərinə görə, münsiflər heyəti 100-dən çox iştirakçı arasından 26 finalçı seçib. Onlar arasında birinci yerə isə Əli Zahirli layiq görülüb.

Xatırladaq ki, yarışmanın beynəlxalq direktoru “World Beauty Congress”in prezidenti Zamir Hüseynov, Azərbaycan üzrə təşkilatçısı isə Aqil Məmiyevdir.

Məlumat üçün bildirək ki, “Mister İnternational 2014” müsabiqəsinin final mərhələsi 18 oktyabrda Cənubi Koreyada, Seulda keçiriləcək. Təmsilçimiz gələn ay oraya yola düşəcək.

Qeyd edək ki, ötən il bu yarışma İndoneziyada keçirilib. Qalib venesuelalı model Jose Anmer Paredes olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR