"Bu paltarı ərim alıb"
Bizi izləyin

Tabloid.az

"Bu paltarı ərim alıb"

Dəvətə bütün bədənini açıqda qoyan şəffaf geyimdə gələn Tuba hamını təəccübləndirib

İstanbulda “Mercedes-Benz Fashion Week” üçün mərasim təşkil olunub.

Tədbirdə bir çox məşhurlar iştirak etsələr də, gecəyə model Tuğba Özay damğa vurub. Dəvətə bütün bədənini açıqda qoyan şəffaf geyimdə gələn Tuba hamını təəccübləndirib.

Qara rəngli tulumu ilə gecənin ən seksual qadını olmağı bacaran model libasının keçmiş əri Ludovikin hədiyyəsi olduğunu bildirib:

“Bu tulumu ərim Ludovik Fattizzo almışdı. İlk dəfədir ki, geyinirəm. O, məni bu geyimdə görə bilmədi”.

Tuğba Özay həyat yoldaşından boşanması ilə bağlı iddialara isə bu cavabı verib:

“Ayrı-ayrı ölkələrdə olduğumuz üçün bu söz-söhbətlər yayılır. Amma ayrılmaq həll yolu deyil. O, buraya gələcək”.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm