Astroloji proqnoz - 27 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 27 sentyabr

Astroloji proqnoz - 27 sentyabr

QOÇ - Təzadlı gündür. Bir tərəfdən maraqlı sövdələşmələr, digər tərəfdənsə rəqiblərinizin hücumu ilə rastlaşacaqsınız. Deməli, işlətdiyiniz hər bir ifadənin yerini bilməli, məsuliyyətli olmusunuz.

BUĞA – Səhhətinizin qeydinə qalsanız, bu günü olduqca yüksək ovqatda başa vura biləcəksiniz. Saat 13-17 arası bir yerdə oturmaqdansa, sizə vəd verən şəxslərlə görüşməyiniz vacibdir.

ƏKİZLƏR - Riskli hərəkətlərə yol verməsəniz, Göy qübbəsi müdafiənizdə duracaq. Uzaqda yaşayan qohumlarınızla mütləq əlaqə saxlayın. Pulla bağlı şanslı təkliflər alacağınız da gözlənilir.

XƏRÇƏNG – Ulduzlar bu təqvimi savab işlərə riayət etməyi tövsiyə edir, xoş söz və duaları əsirgəməyin. Çağrılan yerə ar etməyin. Axşam dostlarınızla aranızda yaranmış problemləri həll edin.

ŞİR - Hansısa riskli işlərə girişib gərginliklə rastlaşmaqdansa, əsas vaxtınızı ailənizlə, sevdiyiniz adamlarla birgə keçirin. Axşam saatlarında yaxın ünvanlara qonaq gedin.

QIZ - Yaxşı olar ki, ixtiyarınızda olan bu təqvimi bütünlüklə istirahətə həsr edəsiniz. Başqalarının işinə müdaxilə etməyin. Maddi imkanınız yetərsə, ehtiyac sahiblərini sevindirin.

TƏRƏZİ - Təxminən saat 13-ə qədər ümumi işlərinizdə müəyyən gərginlik müşahidə olunacaq. Odur ki, ciddi qərarlar qəbul etməyin. Sonrakı müddətdə isə təzə və sevindirici xəbərlər gözlənilir.

ƏQRƏB - Dünəndən Ay bürcünüzdə qərar tutsa da, bu, planlarınızı pozmayacaq. Məqsədlərə çatmaqda iradənizi gücləndirin. İkitərəfli görüşlərdə müsahibinizin sözaltı mənalarına fikir verin.

OXATAN - O qədər də düşərli gün deyil. Doğmalarınızla mübahisələriniz ovqatınızı təlx edə bilər. Yeganə yolunuz səbrli olmaqdır. Əgər sizi başa düşmürlərsə, günahı özünüzdə axtarın.

OĞLAQ - Bu təqvimdə hansısa gəlir əldə edəcəyiniz mümkünsüz olduğundan bu kimi tədbirləri təxirə salın. Əbəs yerə riskə getməyin. Yoxsa nəticədə bəzi xoşagəlməzliklə rastlaşacaqsınız.

SUTÖKƏN - Bu təravətli təqvimdə ziyarətgaha getsəniz, düyünə düşmüş işləriniz çox qısa vaxtda qaydasına düşəcək. Axşama doğru sevindirici hadisələrin iştirakçısı ola bilərsiniz. Amma səfərə çıxmayın.

BALIQLAR – Çoxsaylı yeniliklər yolunuzu gözləyir. Əvvəlcədən nəzərə alın ki, bu, yalnız müsbət mənada baş verəcək. Qızışdırıcı amilləri başınızdan çıxarın. Uzaq yola çıxmaqdan yayının.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm