Nazpəri: “Öhdəsindən nə valideynləri gələ bilir, nə də xalq”
Bizi izləyin

Tabloid.az

Nazpəri: “Öhdəsindən nə valideynləri gələ bilir, nə də xalq”

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın Teleqraf.com-a müsahibəsin təqdim edirik:

Azərbaycanın Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın Teleqraf.com-a müsahibəsin təqdim edirik:

- Nazpəri xanım, son dövrlər yaradıcılığınızda bir durğunluq hiss olunur. Buna səbəb nədir?
- Mən deməzdim durğuluq var. Sadəcə ailəmizdə bədbəxt hadisə baş verdi. Qardaşım dünyasını dəyişdi. Allah bütün ölənlərə rəhmət eləsin. Gözlənilmədən gələn bu itki məni çox sarsıtdı. Bu səbəbdən sənətdən bir qədər uzaqlaşdım. Bir az uşaqlarla xarici ölkəyə gəzməyə getdik.
Artıq bir az özümü toparlamağa başlamışam. Yeni mahnılar yazıdrıram. Konsert verməyə hazırlaşıram. Sevənlərim çoxdandı məndən bunu gözləyirlər.

- Bilirik ki, Azərbaycan Dövlət İncəsənət Universitetində dərs keçirsiniz. Tələbələrinizdən necə razısınız?
- Əlbəttdə razıyam. Dörd tələbəm artıq məzundur.Gözəl səsləri var. Demək olar ki, professional müğənnidirlər. Hələki yavaş yavaş öz sənətlərin inkişaf etdirirlər.
Ümumilikdə istidadlı tələbələr var. Amma çox azdır.

- Sizcə istedadlı tələbələrin az olmağının səbəbi nədir?
- İstedad kitab oxumaqla olan şey deyil. İstedadlı tələbə və ya müğənni olmaq üçün gərək bu vergi ona Allah tərəfindən verilsin.
Bir bağda beş alma ağacı olur. O bar verən ağacın beşidə gözəl bar vermədiyi kimi insanların hamısında istedad ola bilməz.

İndi nə qədər istəyirsən müğənni var. Heç sayı hesabı yoxdu.
İstedad tamam başqa bir şeydi. O Allah tərəfindən verilir. Allahda hər çatana istedad vermir ki, deyək müğənnilərim çoxdu. Oxuya bilən çoxdur, amma sənəti olan sənətkarımız azdır.

- Xalq artisti Nazpəri Dostəliyeva Azərbaycan incəsənətinin bugünkü durumunu necə qiymətləndirir?
- Sözün düzü, mən müasirliyin tərəfdarıyam. Gənclərimizə sərbəstlik lazımdır. Amma ifrat dərəcədə yox. Hər şey öz normasında olanda daha gözəl olur. İfrata varanda isə dəhşətli bir şey yaranır. O zaman gənclərin öhdəsindən nə valideynləri gələ bilir, nə də xalq.

- Sizi sevənləri hansı yeniliklər gözləyir?
- Hazırda yeni mahnılar üzərində işlər yekunlaşır.Ruslan Səfəroğlunun iki mahısı var. Çox düşündürücü və klassik müsiqidir. Sözləri Sona Vəliyevaya məxsusdur. Hazırda mahnıların aranjimanı bitib.

-Bəs yeni klip olacaq?
- Sözsüz ki, yaxşı mahnının hər zaman klipi də, təqdimatı da olur. Hər mahnıya yaxşı demək olmaz. Mən ifa elədiyim mahnının hər birində sözlərə çox önəm vermişəm. Əgər sözlər dəyərli, mənalı və məntiqli olanda gözəl müsiqi yaranır. Şükürlər olsun ki, bu günə qədər oxuduğum mahıların sözlər hər bir azərbaycanlının qəlbinə toxunub. Hər bir sevən insanın beynində qalıb ki, Nazpəri demişkən “ Nə olar Allahım ayırma bizi”.

- Efirlərə tez çıxmaq populyarlığı təmin edir?
- İndiki dövrdə populyar olmağa nə var. Cibinlərindən pul ayırıb iki-üç verlişə çıxırlar. Baxmırlarlar nə sual veriləcək, özün necə aparacaq. Bəzən isə deyirlər ki, sərbəstsən nə istiyirsən et.
Tez-tez efirə çıxmaqla populyar olmaq olar. Amma bu o demək deyil ki, sən sənətkarsan və ciddi sənətlə məşğul olursan.

- Nazpəri xanımın reklama ehtiyacı var?
- Bilirsiniz mən il yarımdı efirlərdən uzağam. Nazpəri Dostaliyeva unudulubmu?

- Bəs reklamın Nazpəri xanıma ehtiyacı var?
- Reklamın mənə ehtiyacı varmı, bunu deyə bilmərəm. Bu böyüklük olar. Kimlərinsə reklamına ehtiyac var ki mən orda oluram. Çox özündən razı adamlar özlərini mənim adımla reklam etdilər. Qoy olsun.

- Nazpəri Dostaliyeva müğənni olmasaydı hansı sənəti seçərdi?
-Müğənni olmasaydım yaxşı saç ustası, vizajist ola bilərdim. Saç düzümünə həmişə marağım olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm