• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Albalı şirəsinin sağlamlığa möcüzəli təsiri

Albalı şirəsinin sağlamlığa möcüzəli təsiri

Mütəxəssislər payızda bədən müqavimətini yüksəltmək üçün bol miqdarda maye istehlak edilməsini təklif edir. Tərkibində olan A, E və C vitaminləri ilə yanaşı bol miqdarda antioksidant maddə ehtiva edən albalının xüsusilə, payız dövründə istehlak edilməsinə diqqət çəkən mütəxəssislər bu şirənin orqanizmin müqavimətini artırdığını vurğulayırlar. Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərkibindəki kalium, kalsium və fosforun da olduğu albalı şirəsi bədənin temperaturunu qaldıran xəstəliklərə qarşı sanki bir qalxandır.

Mütəxəssislər tərkibindəki vitamin, mineral və meyvəyə antioksidant xüsusiyyəti verən antosiyanin sayəsində albalı şirəsini içməyi 7-dən 70-ə hamıya təklif edir.

Nuh Naci Yazgan Universitetinin səhiyyə elmləri fakültəsinin qidalanma və diyetologiya bölməsinin rəhbəri professor Nəriman İnanc bildirib ki, aparılan araşdırmalar albalı şirəsinin güclü antioksidant xüsusiyyətləri ilə üzüm suyunu və tünd şokoladı arxada qoyur.

Professor bunları deyib:

"Albalı və albalı suyu tərkibindəki antosiyanin maddəsi sayəsində çox yaxşı antioksidantdır. Albalının tərkibindəki antioksidant gün içində nəfəs alıb verərkən bədəni zəhərli maddələrdən təmizlənmək üçün əhəmiyyətlidir. Ən yüksək antioksidant xüsusiyyətə malik 50 qida arasında 14-cü sırada yer alan albalı suyunun istehlakı bədənin müqavimətini artırır. Albalı suyu həmçinin orqanzmi müxtəlif mikrob və toksinlərdən qoruyur. Möcüzəli meyvə albalı ödəmi azaldır, mədə və qaraciyərin nizamlı işini də təmin edir".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR