• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Astroloji proqnoz - 28 sentyabr

Astroloji proqnoz - 28 sentyabr

QOÇ - O qədər də ürəkaçan olmayan maddi durumunuzu dirçəltmək üçün müəyyən imkanlar qazanacaqsınız. Büdcənizi artırmaq istiqamətində dəstək ala bilərsiniz. Kobudluğa yol verməyin.

BUĞA - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu amil daha çox sevgi zəminində reallaşacaq. İş yerində isə həmkarlarınızla xırda mübahisələriniz gözlənilir. Çılğınlıqdan uzaq olun.

ƏKİZLƏR - Əsas vaxtınızı istirahətə yönəltməyə çalışın. Hər hansı fiziki iş səhhətinizə mənfi təsir göstərə bilər. Bu gün cinsi yaxınlıq, ağır fiziki işlərə girişmək sizin üçün yolverilməzdir.

XƏRÇƏNG - Hər mənada uğurlu təqvimdir. İstər şəxsi büdcəni artırmaq istiqamətində, istərsə də işgüzar sövdələşmələrdə irəliləyişləriniz mümkündür. Belə bir gündə falçıya getməyin.

ŞİR - Bu gün istirahət etmək fikriniz çətin ki, baş tuta. Əksinə, ikitərəfli sövdələşmələrə və yeni işlərə başlamaq lazımdır. Büdcənizdə artım da ola bilər. Mübahisələrdən uzaq qaçın.

QIZ - Astroloji göstəricilər günün birinci yarısını müəyyən qədər gərgin tərzdə başa vuracağınızı bəyan edir. Sonrakı müddətdə isə ətrafınızda olanların rəğbətini qazanacaqsınız.

TƏRƏZİ - Olduqca uğurlu təqvimdir. Ulduzlar bir tərəfdən əlverişli təkliflər alacağınızı, digər tərəfdənsə maliyyə uğurlarına nail olacağınızı bildirir. Hər mənada nikbin olmağa əsas var.

ƏQRƏB - Bu təqvimdə bir qədər neytral mövqedə dayanmağınız məsləhət görülür. Nahardan sonra ciddi və riskli işlərə qol qoymayın. Çünki həmin vaxt sizə mənfi enerjili Ayın təsiri artacaq.

OXATAN - Saat 15-ə qədər hər bir görüşü təxirə salmağınız məsləhətdir. Əks təqdirdə gözlədiyiniz uğurlardan uzaq düşəcəksiniz. Özünə qapılmağa da dəyməz. Günün ikinci yarısını gözləyin.

OĞLAQ - Deyəsən, Göy qübbəsi əzablarınızı görüb sizə güzəştə getmək fikrinə düşüb. Bu səbəbdən də əksər məsələlərdə yardımçınız olmaqdadır. Səfərə çıxmaq və varlanmaq ehtimalınız da var.

SUTÖKƏN - Ulduzlar yalnız qarşılıqlı əlaqələr zəminində uğurlara yiyələnəcəyinizdən xəbər verir. Bu baxımdan gəzintiyə çıxmaq, qonaq getmək səmərəlidir. Riskli işlərdən yayının.

BALIQLAR - Tərəfdaşlarınızla aranızda müəyyən mübahisələr olsa da, özünüzü təmkinli aparmalısınız. Deyilən hər sözə ciddi yanaşmayın. Yaxşı olar ki, bütün gücünüzü fəaliyyətə yönəldəsiniz.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR