• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ulduzların adını daşıyan aksessuarlar - Fotolar

Ulduzların adını daşıyan aksessuarlar  - Fotolar

Dünya ulduzları bacarıq və istedadları ilə kino, musiqi tarixlərində öz izlərini qoyublar. Onların hər birinin məşhurluğu, tərzi, zövqü moda dünyasını da biganə qoymayıb. Təsadüfi deyil ki, modelyer və dizaynerlər onlardan ilhamlanıblar, hətta bəzi aksessuarları onların şərəfinə onların adı ilə tanıdıblar.

Tabloid.az ulduzların adını daşıyan aksessuarlar haqqında maraqlı məlumatı təqdim edir:

Yuber de Jivanji Odri Hepberninin şərəfinə hazırladığı parçalardan birinə "Sabrina" adını verib. Xatırladaq ki, aktrisa "Sabrina" adlı filmdə Sabrina rolunu oynayıb. Həmin parçadan tikilən libas şəkildə aktrisanın əynindədir.

Odri (Audrey) günəş eynəyi də aktirsanın şərəfinə belə adlandırılıb. "Celine" brendi aktrisanın bu modeldə eynək sevməsindən ilhamlanıb.

"Hermes"in "Kelly" çantasının Qreys Kellinin adı ilə bağlı olduğu bütün dünyaya məlum olan faktdır.Tək qulplu bu model 1956-cı ildə Monoko şahzadəsi Qreys Kelli hamiləliyini gizlətmək üçün istifadə etdikdən sonra məşhurlaşıb. Onun çantanı qarnının üzərində tutması fotosu bütün qəzetlərdə nəşr edilmişdir. Təbii ki, bundan sonra da bu çanta modeli şahzadənin adı ilə məşhurlaşdı.Bu model hələ də istehsal edilir və nüfuzun simvolu hesab edilir.

"Jackie" çantası. "Gucci" moda evi ABŞ-ın keçmiş birinci xanımı Jaklin Kennedinin şərəfinə belə adlandırıb.

Сумка Constance от Hermes (фото 2)

"Hermes"-in "Birkin" çantasının tarixşəsi ilə aktirsa Ceyn Birkinlə bağlıdır.Bu model adını məşhur aktrisa Ceyn Birkinden alıb. Hekayəsi də olduqca maraqlıdır.1984-ci ildə təyyarə ilə səyahətə çıxan Ceyn Birkinin yanına “Hermes”-in icraçı direktoru Jan Luis Dumas əyləşir. Ceyn Birkin “Kelly” çantasının içində nəsə axtararkən Dumas ona “Mükəmməl bir qadın çantası necə olmalıdır?”, - deyə sual verir. Məşhur aktrisa əlindəki çantanın gündəlik istifadə üçün münasib olmadığını deyir və arzuladığı çanta haqqında danışır. Elə həmin ildə “Hermes” məşhur ulduzun istədiyi xüsusiyyətlərlə malik "Birkin" modeli hazırlayır və satışa çıxardır.

Bardot Lancel çantası. Bu, aktrisa Bricit Bardonun şərəfinə hazırlanan çantadır.

"Sophia" çantasını Salvator Ferraqamo aktrisa Sofi Lorenin şərəfinə belə adlandırıb.

"Gisele" çantası dünyanın ən bahalı super modeli Jizel Bundhenin şərəfinə belə adlandırılıb. Bu çantanın ərsəyə gəlməsində iki brend "Luella" və "Mulberry" əməkdaşlıq edib.

"Pippa Modalu" çantası isə İngiltərə hersoginasiyası Keyt Middeltonun bacısı Pippa Middeltonun şərəfinə belə adlandırılıb.

"Alexa Mulberry" portfeli Aleksa Çanqın şərəfinə belə adlandırılıb.

"Harper Victoria Beckham". 2011-ci ildə stil ikonası Viktoriya Bekhem qızının şərəfinə hazırladığı çantanı belə adlandırıb.

"Louis Vuitton" brendi aktrisa Bleyk Layvlinin şərəfinə bosonojka hazırlayıb. Bunun tarixçəsi də maraqlıdır. Aktrisa ayaqqabını görəndə onu əlində saxlayıb onunla yatmaq istəyini dizaynerə deyib. Dizayner də bundan riqqətlənərək "onda bu ayaqqabını "Bleyk" adlandırarıq" deyib.

"Whistles" brendi Keyt Middeltonun şərəfinə "Kate" köynəyini məhdud sayda buraxıb. Köynək satışa çıxarılmasa da, fakt olaraq qalıb.

"MaxMara" markası isə bej rəngində kaşmir paltoya Keytin adını verib. Keyt bu model paltoları çox sevdiyi üçün paltoya onun adı verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR