Hakimiyyəti öz əlinizə alın! - Fotolar
Bizi izləyin

Tabloid.az

Hakimiyyəti öz əlinizə alın! - Fotolar

Milanda moda həftəsi başa çatdı

Milanda moda həftəsi başa çatdı. İtalyan moda nümayişlərində gələn yazda dəbdə olacaq və hər bir qadının qarderobunda yer tutmalı olan çox gözəl çantalar nümayiş edilib.

İtaliyalı dizaynerlər 2015 yaz-yay mövsümü üçün çanta yaradarkən sanki sənət əsərləri üzərində işləyiblər. “Gucci” moda evinin timsah dərisindən hazırladığı dəbdəbəli yığcam çantalar rəngləri ilə diqqəti cəlb edirdi.

“Marni” estetikanın pərəstişkarlarına idman trendini təqdim etdi. Brend krassovka üçün torbaları xatırladan çantaları rəngli dəridən müxtəlif həndəsu bloklara ayıraraq hazırlayıb.

“Salvatore Ferragamo” demək olar ki, zərgərlik məharəti nümayiş etdirib, klatçların önü xırda və kiçik gümüş zəncirlərlə bəzədilib.

“Dolce& Gabbana” ənənəsinə sadiq qalın. Belə ki, moda evi sisiliya-vizantiya motivlərlərindən ilhamlandığını çanta kolleksiyasında da nümayiş etdirib.

“Giorgio Armani” və “Prada” qeyri-adi fakturası olan yığcam və həcmli çantaların üzərində dayanıb.

“Versace” özünün “dolce vita” stilinə sadiq qalaraq, qızılı loqotiplər, kristallar istifadə edib.

Tabloid.az gələn yaz-yay mövsümündə hakimiyyəti ələ alan çanta kolleksiyalarından ən yaxşı nümunələrin fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm