Dünyanın ən seksual gözəli haqqında maraqlı faktlar
Bizi izləyin

Tabloid.az

Dünyanın ən seksual gözəli haqqında maraqlı faktlar

Əgər Keyt Aptonu digər modellərlə müqayisə etsək, bu modeli orkestr simfoniyasının coşqun melodiyası adlandırmaq olar. Keyt Apton ilk modeldir ki, onun bədən quruluşu modellik meyarlarına uyğun gəlməsə də, şöhrətin zirvələrini fəth edir. Dünyanın ən bahal

Əgər Keyt Aptonu digər modellərlə müqayisə etsək, bu modeli orkestr simfoniyasının coşqun melodiyası adlandırmaq olar. Keyt Apton ilk modeldir ki, onun bədən quruluşu modellik meyarlarına uyğun gəlməsə də, şöhrətin zirvələrini fəth edir. Dünyanın ən bahalı brendləri ilə işləmək təklifi alır, şəkilləri isə qlamur jurnalların üz qabığını bəzəyir.

Model agentlikləri Keytin karyerasının ilk illərində onunla işləməkdən imtina edir, onun jurnalların 3-cü səhifə model qızlarından olduğunu bəhanə edərək rədd edilirdi. Lakin sonda qeyri-adi gözəlliyinə biganə qalmayan insanlar peyda olur və dünyanı ecazkar gözəlliklə tanış edərək dolu bədən dəbini gətirirlər. Tabloid.az-ın “9 don” layihəsi çərçivəsində bu həftə daha çox kişilərin tanıdığı, heyran olduğu, həmçinin böyümək istəməyən, pinqvinləri sevən, özünü yaramaz uşaq kimi aparan model Keyt Aptondan danışacağam.

Kate Aptonun uşaqlığı

Dünyanı ecazkar gözəlliyi ilə heyran qoyan model Keyt Apton 1992-ci ildə Amerikanın Miçiqan əyalətində andan olub. Floridanın Melburn ştatında böyüyüb. O, Texas ştatının tennis klubunda oynayan Şelli və yüngül atletika məktəbnin direktoru Cefer Aptonun qızıdır. Əmisi Fred Apton Miçiqan şatatında konqres nümayəndələrindən biridir. Babası Frederik Apton isə cihaz istehsalı “Whirlpool Corporation” şirkətinin həmtəsisçisi olub. Uşaq yaşlarından atçılıq idman növünə maraq göstərib və milli səviyyədə keçirilən at yarışlarında iştirak edib. Roanie adlı atı ilə o, Dünya Qoruğu Çempionatında (APHA Reserve World Championships) qalib olub. Keyt Amerikada keçirilən başqa at yarışlarında da dəfələrlə qələbə qazanıb.

Fotolara baxanda bu yaşı vermək olmasa da, Keyt 22 yaşındadır. 22 yaşında gözəlliyi ilə dünyanın heyran edə bilmək hər qadının bacara bildiyi iş deyil. Boyu 178 sm, bədən ölçüləri 84, 63, 92-dir.

Modellik karyerası necə başlayır?

Keyt bir neçə dəfə model agentliklərinə müraciət etsə də, dolu bədən quruluşundan dolayı onunla işləmək istəmirdirlər. Lakin 2008-ci ildə 16 yaşında “Elite” model agentliyinə yazılır. Daha sonra isə Nyu-Yorka gəlir “IMG Model” agentliyi ilə işləməyə başlayır. Dünyanın ən seksual qadınları arasında göstərilən tanınmış model bu günə qədər müxtəlif jurnallara pozalar verib. Ancaq ilk dəfə “Complex” jurnalına, həm də çılpaq çəkilir. 5 il ərzində modellik karyerasının zirvəsinə yüksələn model ən yaxşı çıxışını 2010 da “IMG Models”ə qatılaraq həyata keçirir. 2010 və 2011-ci illərdə “Guess”in reklam çəkilişlərinə dəvət alaraq növbəti uğura imza atır. Fərqli və qüsursuz üz cizgiləri, ən əsası fərqli geyim tərzlərini birləşdirən gənc model 2011-ci ilin sonunda “Sports Illustrated Swimsuit Issue” jurnalına verdiyi pozası ilə bütün diqqətləri üzərində cəmləşdirməyi bacarır. 2012-ci ildə isə həmin jurnalın üz qabığında çəkilir. Bu hadisədən sonra dəb divlərini arxasınca aparır. Jurnal üçün fotolar Antraktidada çəkilmişdi. Bu isə böyük yenilik demək idi. Çünki həmin qitədə ilk dəfə idi ki, dəb çəkilişləri baş tuturdu. Havanın dəhşətli dərəcədə soyuq olması çəkilişi 1 dəqiqədən artıq etməyə imkan vermirdi. Soyuğun təsiri qrupda hamının gözlərini və qulaqlarını zəiflədir. Hər 1 dəqiqədən sonra fasilə yaranır və Keyt isinmə hərəkətləri etməyə məcbur olurdu. Soyuq hava şəraitinə baxmayaraq, model bikinidə və yarıçılpaq halda pozalar verir.

“Vogue Italia”, “British Vogue”, “CR” dəb kitabı, Fransanın “Cosmopolitan”, “Elle”, “GQ” italyan və alman “GQ”, “Jalouse”, “Sunday Times”, “Esquire”, “The Daily”, “Muse Magazine” və.s jurnalların dəfələrlə üz qabığında çəkilib. 2012-ci ildə models.com Aptonu dünyanın ən seksual qadını seçir. 2013-cü ildə askmen.com saytında yenə ən seksual və cazibədar qadınlar siyahısına düşür və 3-cü yerdə qərarlaşır.

“Jenna Leigh” adlı alt geyim firmasının yeni kolleksiyasına bir-birindən seksual pozalar verən model mükəmməl vücud xətləri sayəsində alt geyim markalarının simasına çevrilir. Podiumlarda ulduz kimi parlayan Keyt milyonlarla pərəstişkar ordusu toplayır. Fərqli və mükəmməl stilini nəzərə alsaq, onu dəb aləminin ikonası adlandırmaq olar.

Əməkdaşlıq etdiyi bir çox modelyerin təsirində qaldığını, yoxsa yüksək zövqə malik olduğunu bilməsək də, qatıldığı bütün dəvətlərdə o, tərzini çox yaxşı nümayiş etdirir.

“Bikini kraliçası ləqəbli” model Sam Edelman markasının ayaqqabılarını tanıdaraq, ayaqqabı kraliçası statusuna da göz dikir. Firmanın dizaynerləri: “Onu seçməyimizin əsas səbəbi dolğun bədən quruluşudur” deyib.

O, sevilmir

Keyt Apton model dostları tərəfindən o qədər də sevilmir. Bəlkə də gənc yaşda qazandığı uğurlar və məşhurluq həmkarlarını qıcıqlandırır. Dünyanın başqa ən cazibədar modeli İrina Şeyklə münasibətləri heç yaxşı deyil. Keytin dolğun bədəni model ölçülərinə uyğun gəlmədiyi fikri həmkarlarının dilindən düşmür. Gözəlliyini tanıda bilən model isə məsləkdaşları ilə eyni fikir də deyil. O, deyir: “Mən həyatdan zövq almağa çalışıram. Sadəcə arıq olmaq üçün özümü aclıqdan öldürə bilmərəm”

Gözəl qadının arzuları…

Keyt Aptonun ən böyük xəyalı Bond qızlarından biri olmaqdır. Həmin filmdə çəkilməyi arzuladığını hər fürsətdə mətbuata açıqlayır. Ümid edək ki, nə vaxtsa bu arzu gedib Bondun qulağına da çatar. “Bu filmə çəkilmək perspektivli olardı. Ondan maraqlı rol ağlıma gəlmir” deyib. Ben Stiller və Eddi Mörfinin oynadığı “Tower Heist” adlı komediyada oynayan Apton Bond qızı ola bilmək üçün çox çalışmalı olduğunu da dilə gətirib.

Gözəllyinin sirri dağınıqlığındadır

Hədsiz estetik olduğuna iddialıdır. Onun üz cizgiləri hər biri ayrı-ayrılıqda gözəldir. Keyt həm gözəl, həm də sağlamdır. Amerika mətbuatının yazdığına görə, 3 il əvvəl Keyt burnunu əməliyyat etdirib, almacıq sümüklərində də dəyişiklik edilib. Bunları adı gizli saxlanılan bir cərrah jurnala müsahibəsində açıqlamışdı.

Yaşıl rəngli geyim olduqca sadədir. Lakin əlindəki çanta geyimə fərqlilik qatıb. Qolbaq isə çanta ilə uyğun gəlmir. Qızılı və gümüşü rəng geyimin ahəngini pozur.

Keyt Apton seksual görünmək üçün dağınıq saçların və insanlarla şən, əyləncəli davranmağın yetərli olduğunu söyləyir. Seksuallığının sirlərini bölüşən Keyt: “Özümü yaxşı hiss elədiyim və vaxtımı əla keçirdiyim anlar seksual olduğum anlardır. Seksual görünmək üçün çox güc sərf etməsəm də, sadəcə saçlarım dağınıq olsa belə, əylənməyi bacaranda özümü cazibədar hiss edirəm”.

Dalğalı, dağınıq saçların qadınları daha gözəl göstərdiyini tez-tez vurğulayır. Model dəri gözəlliyini qatığa borclu olduğunu söyləyir. Üzünə qatıqdan hazırlanan maskalar çəkir.

Ağ qısa geyimini neytral tonlarda platforma ayaqqabılarla tamamlayıb. Bu tərz modelə çox yaraşır və uyğunluq təşkil edir. Kəməri isə görünüşünə zəriflik qatır.

Çirkin gözəl

Dünyanın bütün kişiləri onun dolu və gözəl bədəninə heyranlıqla baxsa da, model çox təvazökardır. Belə ki, Keyt Apton özünü gözəl hesab etmir. Yeni-yeni parlamağa başlayanda müxbirlərin ən çox haranızı bəyəmirsiniz sualına, sinələrimi cavabını verəndə çoxlarını heyrətləndirmişdi. “Gözəllik üçün ancaq bir detalla kifayətlənmək deyil, mədəni inkişaf və daxili zənginlik də önəmlidir!”

Lakin illər sonra Keyt “Vogue” jurnalına verdiyi müsahibə əvvəlki fikrini inkar edərək bildirir ki, “Dəb ustalarının tələb etdiyi şərtlər mənim əsla dəyişdirə bilməyəcəyim şeylədir. Sinələrimi kiçildə bilmərəm, onlar təbiətin hədiyyəsidir. Ancaq idman sayəsində sağlam ola və özümü motivasiya edə bilərəm. Allahın verdiyi gözəlliyi, yəni bədənimi çox sevirəm. Özümə güvənim sonsuzdur, əgər mən başqa qadınlara ilham verə bilərəmsə, bu, mükəmməl bir şeydir.

Ac qalmağı sevmir

Köklüyünə görə tez-tez tənqidə məruz qalan model ac qalmaqdan xoşu gəlmir. Alışdığımız bir dəri, bir sümük model klişesini yox edən və dolğun bədən quruluşu ilə diqqət çəkən model, anası ilə yaşayır:

“Mən ailəsi ilə gəzə bilən normal qız olmaq istəyirəm. Kilolarım ilə heç bir problemim yoxdur. Ac qalmaq mənlik deyil, dadlı yeməklər yeyəndə xoşbəxt oluram”.

Ən seksual qadınların siyahısına düşən model, gündə 3 litr su içir, yürüşə çıxır.

Keyt idmanla məşğul olmadan yaşaya bilməyəcəyini söyləyir. İstədiyimi yeyib içən model formada qalması üçün müxtəlif məşqlər edir. Model Amerikan futboluna maraq göstərir. Futbola maraq və həvəs qardaşından qaynaqlanır. Fanatı olduğu komandanın heç bir oyununu qaçırmır. Keyt Apton həmçinin dənizdə üzməyi sevir. Dənizə aşiq olduğunu dilə gətirən 22 yaşlı model dənizsiz yaşaya bilmir.

Dəb dünyasının ən çox danışılan modeli mətbuatda hər dəfə rezonans doğura bilir. Keçən il sahildə sevgilisi ilə birlikdə və üst geyimsiz çəkdirdiyi fotolar mətbuata da sızmış və səs-küy doğurmuşdu.

Bu il isə yeni sevgilisi ilə görüntüləri marağa səbəb olmuşdu. Yeni sevgilisi Castin Verlander ilə Meksika çimərliyində günəşlənərkən görüntülənən 22 yaşlı modelin bədənindəki günəş yanıqları diqqət çəkmişdi. Bütün günü günəş vannası qəbul edən Keytin bədəninə sevgilisi tez-tez günəş kremi çəkib.

Özündənrazı…

Modelin nailiyyətlərini və cazibə qüvvəsini nəzərə alsaq, özündənrazı olmaqda haqsız olmadığını görərik. Peşəsini sevir və bir çox şirkətlərin onunla işləmək istədiyini dilə gətirir. Uğurunu və məşhurluğunu qorumaq üçün dəb dünyasını yaxından izləyərək özünü daha da inkişaf etdirməyə çalışır.

Atdığı hər addımı ilə qalmaqal yaradan model, soyunmaqdan çəkinmir, əksinə bundan zövq alsa da, son zamanlar bu fikrindən vaz keçib. Belə ki, “Sports Illustrated” jurnalı üçün verdiyi pozalarla məşhurlaşan model Keyt Apton fanatlarını şoka salan açıqlamalar verib. Gözəl model bundan sonra soyunmayacağını, çılpaq fotosessiyalar etdirməyəcəyini bildirib.

“Details” adlı jurnala açıqlama verən Keyt soyunmaqdan utanmadığını, ancaq insanların onun işini düzgün qiymətləndirə bilmədiyini deyib:

“Mən oyuncaq deyiləm, insanam. Kişilər məni istifadə etmək istəyir, amma istifadə edilməmək üçün çılpaq pozalar vermirəm. Yetkin bir qadın olduğumu artıq dərk etmələri lazımdır”.

Bədənin çılpaq fotolarını çəkilməsi möhtəşəmdir. Bu, sənətdir. Ancaq sosial şəbəkələr, bloqlar şəkillərimizi öz pis niyyətləri üçün istifadə edirlər. Onlar bunu sənət kimi qavraya bilmirlər. Ona görə də uzun müddət açıq-saçıq fotosessiya etdirməyi düşünmürəm”.

Deyilənlərə inansaq, 22 yaşlı model bundan sonra alt paltarları nümayiş edilən dəfilələrdə də iştirak etməyəcək.

Gözəlliyi ilə istədiyini əldə edən və podiumlarda fırtına kimi coşan amerikalı model təkcə cazibədar siması ilə deyil, bədən quruluşu da ilə kişilərin ağlından çıxmır. Keyt Apton çimərlik geyimlərində göz qamaşdırmaqla yanaşı dizaynerlikdə də bacarıqlıdır. Belə ki, o, bunu özünün alt geyim kolleksiyasını yaratmaqla sübut edir. Bundan sonrakı karyerasına aktrisa olaraq davam etmək istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm