Aygün Kazımovanın özündən cavan və yaraşıqlı sevgilisi - Fotolar
Bizi izləyin

Tabloid.az

Aygün Kazımovanın özündən cavan və yaraşıqlı sevgilisi - Fotolar

Son günlər xalq artisti Aygün Kazımovanın şəxsi həyatı gündəmi zəbt edib.

Son günlər xalq artisti Aygün Kazımovanın şəxsi həyatı gündəmi zəbt edib.

Tabloid.az xəbər verir ki, sənətçi xeyli vaxtdır ki, həyatında bir nəfərin olduğunu deyir. Artıq həmin şəxsin kimliyi bəlli olub. Daha doğrusu, xalq artisti özü sevgilsi ilə olan şəkillərini və məlumatı mətbuata ötürüb.

Məlumatında bildirilir ki, müğənninin yeni sevgilisinin adı Fikrətdir. Onun atası məmurdur və hazırda Almaniyada yaşayır. Xalq artistinin yeni eşqi özəl bizneslə məşğuldur. Cütlük İstanbulda tanış olub. Aygünün pərəstişkarı olan Fikrət hətta ona evlənmə təklifi də edib. Müğənni yeni “Mən sənə xəstəyəm” adlı mahnısını da sevdiyi şəxsə həsr edib. Bu bəstə onun həyatından bəhs edir. Mahnının adı da xalq artisti tərəfindən təsadüfən seçilməyib. Belə ki, Fikrətin A.Kazımova üçün ən çox işlətdiyi söz “Mən sənə xəstəyəm”dir.

Xalq artistinin sevgilisi ilə ilk fotolarını təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm