Corc Kluni evləndi - Fotolar
Bizi izləyin

Tabloid.az

Corc Kluni evləndi - Fotolar

Dünyanın ən xarizmatik aktyoru hesab edilən Corc Kluni dünən axşam özündən 17 yaş kiçik olan sevgilisi Alamuddin ilə ailə qurub

Dünyanın ən xarizmatik aktyoru hesab edilən Corc Kluni dünən axşam özündən 17 yaş kiçik olan sevgilisi Alamuddin ilə ailə qurub.

Toydan öncə Venesiyanın Qiudecci adasında yerləşən 5 ulduzlu Belmond Cipriani otelində subaylığa vəda mərasimi təşkil edən cütlük bir çox məşhur ulduzu qonaq edib. Kluninin ən yaxın dostlarından Sindi Krouford və Alamuddinin ailəsi də gecədə iştirak edib.

Cütlüyün toyu isə 7 ulduzlu “Aman Canal Grande Hotel”də baş tutub.

Kluninin toy üçün 2 milyon dollar xərclədiyi bildirilir. O, otelə 300 min dollar dəyərində şərab və sampan gətizdirib, “Armani” marka kostyumuna 10 min dollar ödəyib. Təhlükəsizlik xidmətləri üçün isə 500 min dollar xərcləyən aktyor çiçək və dekorasiyalr üçün 100 min dollar ödəməli olub.

Ancaq Kluni 2 milyonluq toyun bütün məsrəflərini qarşılamağın yolunu tapıb. O, toy ərəfəsində çəkilən bütün fotolarının yayımlamaq haqqını “Vogue” jurnalına verib. Jurnal isə bunun qarşılığında aktyora 2 milyon dollar ödəyib.

Kluninin sağdışı yaraşıqlı aktyor Bred Pitt olub. 36 yaşlı Alamuddin ilə 53 yaşlı Kluninin toy fotoları hələlik yayımlanmayıb.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm