Payızın ən füsünkar gəlinlik dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Payızın ən füsünkar gəlinlik dəbi - Fotolar

Payızın ən füsunkar gəlinlik dəbi - Fotolar

2014-2015 payız-qış mövsümünün gəlinlik dəbi təbii ki, mövsümün dəyişən trendlərindən öz payını alır. Mövsümün gəlinlik dəbində pastel tonların və müasir qısa modellərin çoxluq təşkil etməsi diqqət çəkir. Qış mövsümündə gəlinlikdə hansı modellər və trendlər önə çıxacaq? Tabloid.az yeni mövsümün ən əhəmiyyətli gəlinlik trendlərini seçib.

Krujeva və gipür: Gəlinliklərdə krujevaların yeri tamam ayrıdır. Ancaq bir neçə mövsümdür ki, krujevanın əsasən qollarda görülməsi diqqət çəkir. Keyt Middletonun gəlinlik paltarının görüldüyü tarixdən bəri qollarda krujevadan və gipürdən istifadə edilməsi olduqca populyarlaşır. 2014-2015 mövsümündə də vəziyyət dəyişmir və gəlinlik paltarlarının qollarında gipürdən və krujevadan geniş şəkildə istifadə edildiyini görürük.

Qısa gəlinlik paltarlarını artıq hər mövsüm görürük. Qış mövsümündə ayaqlarına və ayaqqabılarına güvənən, müasir modellərdən xoşlanan gəlin namizədləri qısa gəlinliklər geyinə bilərlər.

Fiqarolu gəlinlik paltarları: Bu mövsüm qışın ruhuna uyğun gəlinlik paltarları da diqqət çəkir. Gəlinliklərdə fiqaro, plaş və bolerodan bol-bol istifadə edildiyinə şahidlik edirik. Pencək və bolero da olduqca qəşəngdirlər. Krujeva, daşlı tikmələr və tüklərlə bəzədilmiş bəzəkli pencəklər gəlinlik paltarlarını tamamlayır.

Tüklər: Bu mövsüm gəlinliklərdə quşlardan ilham alınan modellərin də gündəmdə olacağı gözlənilir. Tük detalları gəlinlik paltarların üst, alt hissələrində hətta duvaqda belə qarşımıza çıxacaq.

Gül detalı: Qış mövsümündə gəlinlik paltarlar güllər açacaq. İri ölçülü gül fiqurları yeni mövsüm gəlinlik paltarlarına romantik bir hava verir.

Çəhrayı gəlinlik paltarları: Rəngli gəlinlik paltarları də hər mövsüm aktual olan modellərdir. Ancaq bu mövsümün ən əhəmiyyətli gəlinlik rənginin çəhrayı olduğunu demək lazımdır. Tünd çəhrayı ilə yanaşı pastel tonları da mövsümün ən trend gəlinlik rənglərindən biridir.

Crop Top gəlinlik paltarlar: 90-cı illərin dəbi gəlinlikdə də özünü göstərir. Bu mövsüm iki hissəli gəlinlik paltarlarının diqqət çəkdiyini görürük. Dəbi təqib etməyi sevən gəlin namizədləri Crop Top modellərinə üstünlük verə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm