Mövsümün ən şıq dəri pencək dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün ən şıq dəri pencək dəbi - Fotolar

Mövsümün ən şıq dəri pencək dəbi

Dəri pencəklər heç zaman dəbdən düşməyən, klassik və hər qarderobda yer alması lazım olan müdhiş bir geyimdir. Payız və qış mövsümünün sərin havasından qoruyan, eyni zamanda, qəşəng və tərz görünən bu gözəl üst geyimini istənilən geyimlə uyğunlaşdırmaq olar. Tabloid.az dəri pencəkləri nə ilə və necə uyğunlaşdırmağın yollarını izah edir.

Qara dəri pencək seçin: Dəri gödəkcə almaq istəyirsinizsə, qarderobunuz üçün ən yaxşı investisiya qara dəri gödəkcə olduğunu deyə bilərik. Qara dəri gödəkcə hər tərzə tabe olduğu kimi, stilinizə gözəllik və cazibədarlıq qatır.

Rəngli dəri pencək geyinin: Dəri gödəkcəni sevə-sevə geyinirsinizsə, bir qədər fərqli tərzlərə yox deyə bilməyəcəksiniz. Yeni mövsümdə tünd göy, zoğalı, xardal və qəhvə tonlarında dəri pencəklər geyinə bilərsiniz.

Krujeva ilə birlikdə geyinin: Son dövrün bu iki sevimli trendini tək bir kombinasiyada uyğunlaşdıra bilərsiniz. Krujevanın incəliyi ilə dəri pencəyin vəhşi gözəlliyi möhtəşəm harmoniya yaratmaq gücünə malikdir. Krujeva ətək və paltarları dəri pencəklə rahatlıqla uyğunlaşdıra bilərsiniz.

Dəri pencəyi cinslə uyğunlaşdırın: Dəri pencək sizə çox iddialı gəlirsə və bu iddialı havanı sındırmaq istəyirsinizsə, casual kombinlər üçün cins şalvarlardan istifadə edin. Xüsusilə, tünd rəngli cins şalvarlar dəri gödəkçəni gündəlik geyim tərzinizə rahatlıqla uzlaşdırır.

Qısa dəri gödəkçələr: Qısa dəri gödəkcələr xüsusilə qat-qat geyinməyi sevənlər üçün əla variantdır. Uzun köynək, tunik və s. Parçalardan başqa, hündürbel geyimlərlə də əla uyğunlaşır və ecazkar bir ahəngdarlıq nümayiş etdirir. Crop dəri pencəkləri, hündürbel ətək və şalvarlarla geyinə, donlarınızı da bu qısa pencəklərlə tamamlaya bilərsiniz.

Dəmir detalları ilə bəzənmiş dəri gödəkçələr: Əgər punk və rok cərəyanlarını sevirsinizsə, deşmə və dəmir trendinin hələ də davam etdiyini və dəri pencək də gözəl bir harmoniya nümayiş etdirdiyini bilməlisiniz. Bu tərz dəri gödəkçələri üstü şəkilli qolsuz köynəklər, dəri şalvar və ətəklərlə tamamlayıb əsl roker tərzinizi yaxalaya bilərsiniz.

Ağ qolsuz köynəklə kombin edin: Zəhmət çəkmədən şıq görünmək istəyirsinizsə, dəri gödəkçənizi ağ qısa qol köynək, ya mayka ilə birləşdirin. Hətta bu dəstə cins şalvarınızı da daxil edin.

Midi ətək və paltarlarla geyin: Dəri gödəkçəni üsyançı havası zərif, qadınlığı vurğulayan parçalarla möhtəşəm ahəng təmin edir. Üsyançı tərzi ilə zərifliyin dərəcəsini tənzimləmək isə sizin əlinizdədir. Bunu ayaqqabı seçimi ilə nizamlaya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm