• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Təbii gözəlləşdirici vasitələr

Təbii gözəlləşdirici vasitələr

Havalar soyuduqca üz dərisinin qeydinə daha çox qalmalı və müxtəlif maskalar çəkməliyik. Tabloid.az payız mövsümü üçün qreypfurtdan hazırlanan üz ağardıcı maska reseptini təqdim edir:

Maya maskası: 1 xörək qaşığı mayanı 3 xörək qaşığı qreypfrut şirəsində yaxşıca həll edin. Bunu qabla birgə çox qaynayan qazanın qapağının yerinə bir neçə dəqiqəliyinə qoyun. Maskanı üzünüzə çəkin, 15 dəqiqə saxlayın, sonra zəif dəmlənmiş yaşıl çaya pambığı batırıb maskanı silin və üzünüzü ilıq su ilə yaxalayın.

Üz üçün daha bir ağardıcı maska:

1 neçə qat tənzif salfeti üst-üstə qoyub, qreypfrut şirəsinə yaxşıca batırın, 15 dəqiqəlik üz dərinizə qoyun. Sonra otaq temperaturunda qızdırılmış su ilə yuyunun. Həmçinin, qreypfrut dilimini adi şəkildə üzünüzə çəkə və ya sadəcə pambığı qreypfrut şirəsinə batırıb səhər və axşam üzünüzü silə bilərsiniz.. Bu maska da dərini ağartmaq effektinə malikdir.

Əgər üzünüzdə qırışlar əmələ gəlibsə, bu maska sizə yardımçı ola bilər:

2 xörək qaşığı qreyfrut şirəsini 1 xörək qaşığı bitki yağı və bir az düyü unu ilə yaxşıca qarışdırın, üz dərinizə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.

Qırışlara qarşı daha bir maska:

1 xörək qaşığı qreyfrut şirəsini 1 çay qaşığı kök şirəsi, həmin miqdarda xama və 1 xörək qaşığı düyü unu ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə saxlayın, sonra pambığı qreypfrut şirəsinə batırıb maskanı silin, üzünüz quruduqdan sonra isti su ilə yuyunun.

Quru dəri üçün maska:

1 xörək qaşığı qreypfrut şirəsini 1 çay qaşığı balla qarışdırın, üzərinə 1 yumurta sarısı əlavə edin, üzünüzə çəkin, 10-15 dəqiqə sonra isti su ilə yuyun.

Quru dəri üçün daha bir maska:

1 xörək qaşığı qreypfrut şirəsini 1 çay qaşığı istənilən bitki yağı və bərabər ölçüdə xama ilə qarışdırın, üzərinə çalınmış yumurta sarısı və bir az qara çörək əlavə edib mikserlə qarışdırın,üzünüzə çəkin, 15 dəqiqə sonra isti su ilə yuyun.

Yağlı dəri üçün maska:

Qreypfrut şirəsini yulaf və ya buğda unu ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra ilıq su ilə yuyun.

Yağlı dəri üçün daha bir maska:

Yarımçıq qreypfrutun qabığını soyub içini əzin, 2 xörək qaşığı turş südlə qarışdırın. Qarışığı 1 saatlığına soyuq yerdə saxlayın. Sonra üzünüzə çəkin, 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Quru və normal dərlər üçün maska:

1 xörək qaşığı əzilmiş qreypfrut üzərinə 1 xörək qaşığı xama və 1 yumurta sarısı əlavə edib yaxşıca qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra otaq temperaturunda qızdırılmış su ilə yuyun.

Əgər qreypfrut şirəsi üzərinə 1 neçə damcı kamfora spirti əlavə etsəniz, faydalı losyon hazırlamış olarsınız. Bu losyonla yağlı dərini səhər və axşam silə bilərsiniz.

Təravətləndirici mask:

Qreypfrutu dilim-dilim doğrayıb soyuducunun buzluğunda saxlayın. Buzlamış dilimlərlə üzünüzü 5 dəqiqə massaj edin, sonra ilıq su ilə yaxalayın.

Əgər dərinizdəki məsamələri bağlamaq istəyirsinizsə, onda qreypfrut şirəsi əlavə edilmiş mineral su ilə üzünüzü yumağınız məsləhət görülür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR