"Qadın barmaqları" – Resept
Bizi izləyin

Tabloid.az

"Qadın barmaqları" – Resept

Tabloid.az zərif, dadlı “Qadın barmaqları” tortunun reseptini təqdim edir:

Tabloid.az zərif, dadlı “Qadın barmaqları” tortunun reseptini təqdim edir:

Xəmir üçün inqrediyentlər:

1,5 stəkan su

150 qram kərə yağı

1,5 stəkan un

6 yumurta

Krem üçün:

2 stəkan yağlılığı 25% olan xama

1 stəkan şəkər

Hazırlanması:

1. Qazana suyu tökün, oda qoyun. Yağ əlavə edin. Su qaynayanda unu tökün və yaxşı qarışdırmaq üçün qazanı oddan götürün. Xəmiri bir az soyudub, yumurtanı bir-bir əlavə edib qarışdırın. Xəmir parıldayana və hazır kütlə halına gələnə qədər qarışdırın. Xəmiri konditer torbasına qoyun və 4-5 sm uzunluqda “barmaqlar” düzəldin. Yağlı kağızı soba qabına sərin və forma verdiyiniz xəmiri 170 dərəcədə sobada bişirin.

2.Krem hazırlamaq üçün soyuq xamanı şəkərlə qarışdırın.

3. Hazır “barmaqları” kremə batırın və qaba dağ formasında yığın. Üzərinə də krem çəkin, sürtgəcdən keçirilmiş şokoladla tozu ilə bəzəyin və 12 saat soyuducuda saxlayın.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm